Modern.az

Nazirlik tələbələri bir-birinə “qırdıracaq”

Nazirlik tələbələri bir-birinə “qırdıracaq”

21 Sentyabr 2012, 16:52

Sentyabrın 26-27-də ali təhsil müəssisələrinin tələbələri arasında peyntbol yarışı təşkil olunacaq. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə. saat 10.30-da başlanacaq yarış Biləcəri qəsəbəsində yerləşən Respublika Stend Atıcılğı İdman
Kompleksində keçiriləcək. Yarışa 20-yə yaxın ali təhsil müəssisəsi tələbələrinin qatılacağı gözlənilir.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə 2010-cu ildən keçirilən turnirin əsas məqsədi tələbələr arasında hərbi
vətənpərvərlik hisslərini gücləndirmək, tələbələrin asudə vaxtını səmərəli təşkil etmək, tələbələr arasında sağlam həyat tərzini təbliğ etmək, respublikamızda gənclər arasında peyntbolu bir idman növü kimi inkişaf etdirməkdir.
Yarışın qalibləri Gənclər və İdman Nazirliyinin fəxri fərmanları və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

Aytən Əliyeva
Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər