Modern.az

Nazir: “Azərbaycan jurnalistikasında problemlər var”

Nazir: “Azərbaycan jurnalistikasında problemlər var”

Aktual

22 Sentyabr 2012, 12:06
Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AİPS) Azərbaycanda təşkil etdiyi Gənc Jurnalistlər Proqramının açılış mərasimi keçirilib. Modern.az xəbər verir ki, açılışda çıxış edən Gənclər və idman naziri Azad Rəhimov bu proqramın Azərbaycanda keçirilməsinin böyük əhəmiyyəti olduğunu deyib.  

“Azərbaycan son illər sosial-iqtisadi inkişaf yolu keçib. Azərbaycan idmançılarının qazandığı uğurlar da bunu göstərir. Azərbaycan idmançılarının Dünya və Avropa çempionatlarında qazandığı medalların sayı ildən-ilə artmaqdadır. Bu baxımdan Azərbaycan prezidenti 2012-ci ili “İdman ili” elan edib. 17 yaşadək qızlar arasında Dünya Çempionatı ilə paralel. Beynəlxalq İdman Mətbuatı Assosiasiyası Gənc Jurnalistlər Proqramının Azərbaycanda keçirilməsi bizim üçün çox əhəmiyyətlidir. Burada iştirak edən dünyanın bir çox gənc jurnalistləri öz ölkələrinə maraqlı məlumatlar aparacaqlar”.  

Gənclər və idman naziri Azərbaycan idman jurnalistikasından da danışıb:  
“Azərbaycanda idman jurnalistikasında müəyyən problemlər var. Bu baxımdan yerli idman jurnalistlərinin Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının keçirdiyi tədbirlərdə iştirak etməsi əhəmiyyətlidir. İdman jurnalistikasında olan müəyyən problemləri aradan qaldırmaq üçün ali məktəblərin jurnalistika ixtisaslarında, xüsusi idman bölməsinin yaratmasına ehtiyac var”. 

Anar Kəlbiyev    
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!