Modern.az

Moskva Qələbə Paradına 190-dan çox hərbi texnika çıxaracaq

Moskva Qələbə Paradına 190-dan çox hərbi texnika çıxaracaq

9 May 2021, 09:51

Bu gün Moskvada keçiriləcək Böyük Vətən Müharibəsində qələbənin 76-cı ildönümünə həsr olunmuş hərbi paradda 12 mindən çox hərbçi iştirak edəcək, 190-dan çox hərbi texnika, 76 helikopter və təyyarə nümayiş olunacaq.

 

Modern.az RİA Novosti-yə istinadən xəbər verir ki, paradı Quru Qoşunlarının Baş Komandanı, ordu generalı Oleq Salyukov idarə edəcək.

 

Rusiya Müdafiə naziri, ordu generalı Sergey Şoyqu hərbi paradın hazırlığı ilə bağlı Rusiya Prezident Vladimir Putinə raport verəcək.

 

Qeyd edək ki, paradın aparıcısı Anton Suntsov olacaq.

 

Dövlət başçısının nitqindən və bir dəqiqəlik sükutdan sonra qoşunların təntənəli yürüşü başlayacaq.

 
 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı