Modern.az

DSX: Son iki ayda Qarabağda 10 yeni hərbi hissə...

DSX: Son iki ayda Qarabağda 10 yeni hərbi hissə...

9 May 2021, 14:59

May ayının 9-da Qubadlı rayonu ərazisində Ermənistanla dövlət sərhədində yeni hərbi hissə xidməti-döyüş fəaliyyətinə başlayıb.

 

Dövlət Sərhəd Xidmətindən Modern.az-a verilən məlumata görə, bununla əlaqədar təşkil olunmuş mərasimdə DSX rəisinin müavini general-leytenant Azad Ələkbərov çıxış edərək, DSX rəisi general-polkovnik Elçin Quliyevin təbrikini şəxsi heyətə çatdırıb.


Çıxışda hazırkı tədbirin milli dövlətçiliyimizin banisi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ərəfəsinə təsadüf etməsi ilə xüsusi əlamətdar olması qeyd olunub. Dövlət sərhədlərinin mühafizəsi məsələlərinə ciddi önəm verən Dahi Öndərin diqqət və qayğısı sayəsində Azərbaycan Sərhəd Mühafizəsinin böyük inkişaf yolu keçməsi, məhz onun müəyyən etdiyi milli sərhəd mühafizəsi konsepsiyasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ali Baş
Komandanlığı altında həyata keçirilməsinin hazırki xidməti nailiyyətlərin
əsasını təşkil etməsi vurğulanıb.


Xalqımızın tarixində 9 may gününün İkinci Dünya müharibəsində
faşizmin məğlub edilməsi, döyüş meydanlarında fədakarlqıla döyüşmüş yüz
minlərlə Azərbaycan oğullarının ehtiramla yad edilməsi ilə də əlamətdar
olması qeyd edilib.

 


Son iki ayda işğaldan azad edilmiş ərazilərimizdə 10 yeni hərbi hissənin açılışının baş tutması, bu hərbi hissənin də xidməti-döyüş fəaliyyətinə başlamasının dövlət sərhədlərinin mühafizəsi üçün böyük əhəmiyyət kəsb etməsi bildirilib.


Yeni hərbi hissənin açılışını bildirən rəmzi lent kəsildikdən sonra tədbir iştirakçıları hərbi hissədə xidmətin təşkili üçün yaradılmış şəraitlə tanış olublar.


Tədbirin sonunda xidməti fəaliyyətində yüksək nəticələr göstərmiş hərbi qulluqçular təltif olunublar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu