Modern.az

Avropa İttifaqı vaksinlə bağlı müqaviləyə yenidən baxacaq

Avropa İttifaqı vaksinlə bağlı müqaviləyə yenidən baxacaq

9 May 2021, 15:49

Avropa Komissiyası 2021-ci ilin ikinci yarısında “AstraZeneca” şirkətindən vaksin alınmasına dair müqaviləni yeniləməyəcək.

 

Modern.az-ın xəbərinə görə, bu barədə “Reuters” agentliyi Daxili bazar üzrə Avropa komissarı Terri Bretona istinadən məlumat yayıb.

 

T. Breton deyib ki, Avropa Komissiyası 2021-ci ilin iyunundan sonra “AstraZeneca” şirkətindən vaksin alınmasına dair sifarişini yeniləməyəcək.

 

Qeyd edək ki, Avropa İttifaqı bu ilin aprelində “AstraZeneca” şirkətini vaksin tədarükü ilə bağlı müqavilənin şərtlərini yerinə yetirmədiyi üçün məhkəməyə verib. 2021-ci ilin birinci rübündə 120 milyon doza əvəzinə Avropa İttifaqına 40 milyon doza vaksin verilib.

 
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?