Modern.az

Heydər Əliyevin Belqrad və Buxarest şəhərlərindəki abidəsi ziyarət edildi - FOTO

Heydər Əliyevin Belqrad və Buxarest şəhərlərindəki abidəsi ziyarət edildi - FOTO

Aktual

11 May 2021, 20:28

Serbiya və Rumıniyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının təşəbbüsü ilə dahi siyasətçi və görkəmli dövlət xadimi Heydər Əliyevin Belqrad və Buxarest şəhərindəki abidələri ziyarət edilib. 

 

Diasporla İş üzrə Dövlət Komitəsindən Modern.az-a verilən məlumata görə, ümummillli liderin anadan olmasının 98-ci ildönümünə həsr olunan tədbirdə Belqrad və Buxarest şəhərlərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin və Rumıniya Azərbaycanlıları Birliyinin üzvləri, Azərbaycanın bu ölkələrdəki səfirliklərinin, "Azvirt" şirkətinin Serbiyadakı və SOCAR-ın Rumıniyadakı nümayəndəliklərinin əməkdaşları iştirak ediblər.

 

Ziyarət zamanı ümummilli liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və abidənin önünə əklil qoyulub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir