Modern.az

Heydər Babayev: “Məni buna görə narahat etməsinlər”

Heydər Babayev: “Məni buna görə narahat etməsinlər”

24 Sentyabr 2012, 12:15

Azərbaycanın eks-iqtisadi inkişaf naziri Heydər Babayev “Çudo Peçka” şirkəti ilə bağlı məsələyə aydınlıq gətirməkdən imtina edib. Modern..az-ın bu qalmaqalda adının hallandırılması ilə bağlı sabiq nazirdən mövqe öyrənmək cəhdi nəticəsiz qalıb. H.Babayev əməkdaşımızın sualını cavablandırmaqdan imtina edib.

“Məni bu məsələ ilə bağlı narahat etməyin”-deyən sabiq nazir danışmaq istəməyib.

“Mənə daha zəng vurmayın. Axı demişəm ki, jurnalistlər məni narahat etməsinlər”-deyə H.Babayev vurğulayıb. 

Ötən həftə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin apardığı montiroinqlər zamanı ölkənin tanınmış ticarət brendi olan “Çudo Peçka” MMC-yə məxsus istehsal şəbəkəsində ciddi nöqsanlar aşkarlanıb. KİV-də bu şirkətin yeni sahibi olaraq eks-nazir Heydər Babayevin adı hallanır. Lakin sabiq nazirin indiyə qədər bu məsələ ilə bağlı hər hansı açıqlaması olmayıb.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi