Modern.az

Bayden İsrailə görə tənqid olundu

Bayden İsrailə görə tənqid olundu

13 May 2021, 15:56

ABŞ Prezidenti Co Baydenin İsrailin Baş Naziri Benyamin Netanyahu ilə telefon danışığı zamanı İsrailin özünümüdafiə haqqına sarsılmaz dəstəyini bildirməsi demokratlar arasında birmənalı qarşılanmayıb.

 

Modern.az xəbər verir ki, Demokratlar Partiyasının bir çox üzvü Baydenin açıqlamasını tənqid edib. Nümayəndələr Palatasının üzvü olan Okasio-Kortez Baydeni işğalçıların tərəfini tutmaqda günahlandırıb.

 

Qeyd edək ki, ABŞ mətbuatı bu vəziyyətin partiya daxilindəki anti-İsrail münasibətini daha da dərinləşdirəcəyini bildirib.

 

Aysel Məhərrəm

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır