Arxiv
14 May 2021, 01:17 | AKTUAL
Məni niyə Şuşaya aparmayıblar?

Fazil Mustafa

İncik səslər eşidirəm. İncik yazılara rast gəlirəm: "Məni niyə Şuşaya aparmayıblar?". Məlum filmdəki Kamilov deməli, Budyonnı ordenim bu, "Tərəqqi" medalım bu. Sanki bunu bir ədalətsizlik kimi görənlər var. Şuşada olmaqdan çox, orada iştirakçı olanların paxıllığına olan düşüncələrdir bəlkə də. Əlbəttə, o cür gözəl festivalda canlı ifaları dinləməyi, Şuşanın yeni doğulmuş ay kimi nurunu udmağı kim istəməz ki?... İki gün televizordan asılı qaldım. Bir dinlədim, iki baxdım, doymadım.


Doğrudanmı yaradan bizə bu neməti bəxş etdi? Cəmiyyət olaraq davamlı şükranlıq ənənəmiz yox kimidir, səbrsizik, arxayınçılığı sevirik, dar günə hazırlaşma proqramımız da arzulanan kimi deyil. O halda bu nemət bizə bəlkə yenidən bir sınaq üçün verilib? Bu Şuşadan, bu Qarabağdan sonra bu millət hökmən yeniləşməlidir. Tez-tez məscidlərdən danışırıq. Qarabağda da bütün məscidlərimizin bərpasını planlaşdırırıq. Çox gözəl addımdır. Ancaq düşünürükmü ki, bu məscidləri hansı müsəlmanlar dolduracaq... Birinin beyni Fələstində, başqasınınkı Qumda, o birininki Ərəbistan yarımadasında. Beyni ancaq Qarabağda olan, beyni ancaq Azərbaycanda olan müsəlman boşluğunu doldurmalıyıq öncə. Vətən məsələsi də həmişə belədir. Hər şəhid olan dəyərini almaya bilər. Hər qazi olan arzuladığı qayğını, diqqəti görməyə bilər. Əsl savaşan müharibə veteranı vəsiqəsinin dalınca getməyə bilər. Bir gün cəbhə yaxınlığına ezamiyyətə getmiş birisi isə bu vəsiqəni necə lazımdır düzəldib insanın gözünə soxa bilər. Kimsə qəhrəmanlıq göstərər, ancaq orden, medal təltifində unudular. Kimsə fərarilik edər, ancaq üç medalı yaxasına birdən taxar. Nə olsun? İndi anladığım gerçəyi deyim sizə. Vətən məsələsində Allahın nəzərinə baxılar yalnız. Adsız qəhrəman da ola bilərsən, əl üstə gəzdirilən ən üstün insan da. Elə sındırarlar ki, küsüb ölkədən də gedə bilərsən. Vətən sevgisinin statusu olmaz. Eləcə də Vətənə xidmətin statusu olmaz. Cəmiyyətin, dövlətin verdiyi qiymətdə artıqlıq, əksiklik ola bilər. Ancaq Allahın verdiyi qiymətdə tərəzi həmişə düz olacaqdır.


Ona görə də Allahın verdiyinə baxarsanız, bu nemətə hökmən şükr edərsiniz. O nemət Şuşadır. İki günlük festivalda mən Bakıda oturmuşdum. Ancaq hamıdan çox, hamıdan qat-qat artıq Şuşadaydım. Çünki orada Azərbaycan dövlətinin başçısı vardı, mənim millətimin insanları vardı, mənim dilimin, musiqimin səslənişi vardı, mənim dinimin Əzanı vardı. İndi bir də düşünün, məgər bütün Azərbaycan Şuşada deyildi?


Hətta mən bir çox hallarda fəaliyyətini tənqid etdiyim Polad Bülbüloğlunu da sevdim, orada oturan, qalxan, çığıran, kövrələn, ağlayan, oxuyan, oynayan, gülən hər kəsi sevdim. Onlar hamısı öz möhtəşəm aurası ilə məni inandırdılar ki, illərdir, əsrlərdir elə bu Şuşadayam.


Kimsə inciməsin, küsməsin, qırılmasın. Cıdır düzündə kətildə oturmaq şərt deyil. İki gündür bu Vətəni sevən hər kəs ayaq üstə idi və Şuşada idi. Bu millətin yüz il, üz yüz il dünyadan köçmüşləri də orada idi, indiki diriləri də. Hamımız Şuşaya 29 illik hicrətdən qayıdırıq sanki... 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Gürcüstanda zəlzələ oldu 20 İyun 2021, 00:34 "Qalatasaray"a yeni prezident seçildi 20 İyun 2021, 00:30 Dağıstandan Bakıya aviareyslər açılır 20 İyun 2021, 00:14 Bu gün Bakıda avtobuslar İŞLƏYƏCƏK 20 İyun 2021, 00:01 Britaniyada yoluxma sürətləndi 19 İyun 2021, 23:50 Xəzərdə batmaqda olan 3 nəfər xilas edildi 19 İyun 2021, 23:36 İstanbulda fabrikdə güclü yanğın - VİDEO 19 İyun 2021, 23:25 Qazaxda yol qəzası 19 İyun 2021, 23:11 Cəlilabadda meşədə yanğın - FOTO 19 İyun 2021, 22:59 Samuxda gənc müəllim intihar etdi 19 İyun 2021, 22:45 "4 ildir gözlədiyimiz turnirlə erkən vidalaşmaq istəmirik" - Şenol Günəş 19 İyun 2021, 22:37 4 uşaq anası “Mən özümü Kürə atacam” yazıb intihar etdi 19 İyun 2021, 22:22 Oğuzda yol qəzası - xəsarət alan var 19 İyun 2021, 22:08 Ronaldolu Portuqaliya Almaniyaya uduzdu 19 İyun 2021, 21:53 Türkiyədə virusdan gündəlik ölənlərin sayı azaldı 19 İyun 2021, 21:47 Naftalanda sanatoriyada istirahət edən kişi qəflətən öldü 19 İyun 2021, 21:33 "Barselona" yeni hücumçu aldı 19 İyun 2021, 21:24 Finalda erməniyə qalib gələn güləşçimiz Avropa çempionu oldu - FOTO 19 İyun 2021, 21:11 Ermənistanda seçicilərə rüşvət verən deputatlığa namizəd saxlanıldı 19 İyun 2021, 20:58 Kürdə gənc qadın batdı 19 İyun 2021, 20:43 Putin Şoyqu və Lavrovu deputat görmək istəyir 19 İyun 2021, 20:28 Macarıstan millisi dünya çempionu ilə heç-heçə etdi 19 İyun 2021, 20:15 Rəsmi Bakıdan Ermənistana CAVAB 19 İyun 2021, 20:07 İstanbulda zəlzələ olub 19 İyun 2021, 18:39 Prezident TƏSDİQLƏDİ – Sosial sığorta şəhadətnaməsi ləv olunur 19 İyun 2021, 18:17 İlham Əliyev İranın yeni seçilmiş prezidentini təbrik edib 19 İyun 2021, 17:57 Ermənistanın Azərbaycana qarşı mina şantajı – Partiya sədrindən REAKSİYA 19 İyun 2021, 17:44 Şuşa Bəyannaməsi ölkəmizdəki siyasi birliyi daha da möhkəmləndirəcək 19 İyun 2021, 17:31 Bir gündə 40 min çox peyvənd VURULDU 19 İyun 2021, 17:23 Yoluxma sayı bu gün də azaldı: ölən yoxdur 19 İyun 2021, 17:19 İranda seçkilərin rəsmi nəticələri elan olundu – Rəisi prezidentdir 19 İyun 2021, 17:15 Ermənilərin seçimi kim olacaq: Paşinyan yoxsa Koçaryan? - ŞƏRH 19 İyun 2021, 17:07 Putin ən çox etibar etdiyi 5 partiyadaşının adını SADALADI 19 İyun 2021, 16:39 Qarabağda qalıqları tapılan erməni hərbçilərin sayı AÇIQLANDI 19 İyun 2021, 16:13 Ankara, Bakı və Tbilisi Qafqazın gələcəyini MÜZAKİRƏ ETDİ 19 İyun 2021, 15:59
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?