Arxiv
14 May 2021, 11:35 | AKTUAL
126 müəssisədən Rusiyaya pomidor ixracına icazə verilib

Ümumilikdə, 126 müəssisədən Rusiyaya pomidor ixracına icazə verilib.

 

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Modern.az-a bildirilib ki, Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumların birgə tədbirləri davam etdirilir.

 

Həyata keçirilən birgə tədbirlər çərçivəsində Agentliyin mütəxəssisləri və Rusiya Dövlət Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") əməkdaşlarının iştirakı ilə respublika ərazisi üzrə fəaliyyət göstərən pomidor istehsalı müəssisələrində birgə videomonitorinqlər davam etdirilir. Bununla yanaşı müəssisələrdə həyata keçirilən sağlamlaşdırıcı tədbirlər və aparılan araşdırmaların nəticələri ilə bağlı məlumatlar mütəmadi qaydada Rusiya tərəfinə təqdim olunur. Görülən işlərin məntiqi nəticəsi olaraq “Rosselxoznadzor" tərəfindən 14 may 2021-ci il tarixindən daha 30 pomidor istehsalı müəssisəsindən də bu ölkəyə pomidor ixracına icazə verilib.

Beləliklə, bu günə qədər ümumilikdə Rusiya Federasiyasının müvafiq qurumu tərəfindən 126 pomidor istehsalı müəssisəsindən Rusiyaya məhsul ixracına icazə verilib. Hazırda Rusiyaya pomidor ixracına icazə verilmiş müəssisələrin ixrac potensialı 288414 ton təşkil edir ki, bu da 2020-ci il ərzində Rusiyaya ixrac olunan pomidor məhsulunun 160,2 %-ni təşkil edir.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Neftçi”nin Çempionlar Liqasındakı ilk oyunu bu tarixdə keçiriləcək 15 İyun 2021, 15:34 İlham Əliyev və Ərdoğan Şuşadadır - VİDEO-YENİLƏNİB 15 İyun 2021, 15:25 Sarkiasyan Paşinyanı TƏHQİR ETDİ: “Əlindən alıb başına çırpmalıyıq!” 15 İyun 2021, 15:20 Avro-2020-nin bugünkü oyunlarını göstərəcək telekanallar 15 İyun 2021, 15:10 Bakıda daha bir yol təmir olunur - FOTO 15 İyun 2021, 15:05 Azərbaycan əhalisinin gəlirləri açıqlandı 15 İyun 2021, 15:00 Türkiyəli professor Ərdoğanın Şuşa səfərinin önəmindən DANIŞDI 15 İyun 2021, 14:54 Gürcüstanda Hindistan ştammına 18 nəfər yoluxdu 15 İyun 2021, 14:48 İranda son sutkada COVID-19-dan 134 nəfər öldü 15 İyun 2021, 14:42 Teledərslərin sabaha olan cədvəli 15 İyun 2021, 14:36 UNEC-də Milli Qurtuluş Günü qeyd olunub 15 İyun 2021, 14:30 Putindən 120 min azərbaycanlını sevindərəcək QƏRAR 15 İyun 2021, 14:25 “Bayrağınız hər zaman uca olsun, şanlı vətən Azərbaycan” 15 İyun 2021, 14:20 Şuşa Türkiyə mətbuatının gözü ilə belə təsvir edildi 15 İyun 2021, 14:17 Leyla Əliyevadan Milli Qurtuluş Günü ilə bağlı PAYLAŞIM 15 İyun 2021, 14:12 Xalq artisti Flora Kərimova vəsiyyət etdi 15 İyun 2021, 14:06 Tibb işçiləri COVİD-19-a yoluxma şübhəsi olan xəstədən necə qorunmalıdır? 15 İyun 2021, 14:00 Naftalanda Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib 15 İyun 2021, 13:55 Ərdoğanın Bakıda futbol matçını izləməsi də dünyaya ayrıca mesajdır - Deputat 15 İyun 2021, 13:52 Mərhum telejurnalist Çingiz Mustafayevin anım günüdür   15 İyun 2021, 13:46 “Qaytarılan ermənilər terrorçu deyildi” - Polkovnik 15 İyun 2021, 13:43 Bakıda 4 nəfəri gürzə ilanı çalıb 15 İyun 2021, 13:39 “Ərdoğanın Şuşa səfəri “Qarabağdan gözünüzü çəkin, Qarabağ Azərbaycanındır!” deməkdir” – Milli Qəhrəman 15 İyun 2021, 13:34 Koçaryan: “Sülhməramlıların mandatını müddətsiz etməliyik” 15 İyun 2021, 13:30 Səfirdən təsirli paylaşım: “İndi “Şuşanın dağları”nı dinləmək zamanıdır” - VİDEO 15 İyun 2021, 13:25 Azərbaycan beynəlxalq alımdə qalib ölkə kimi tanınır 15 İyun 2021, 13:20 İlham Əliyev Ərdoğanı Füzulidə qarşıladı - FOTOLAR 15 İyun 2021, 13:15 Cıdır düzü, Gövhər ağa məscidi, Vaqifin məqbərəsiƏrdoğan Şuşada daha haraları gəzəcək... 15 İyun 2021, 13:10 Prezidentin köməkçisi: “Toyların keçirilməsi müzakirə olunur” 15 İyun 2021, 13:04 COVID pasportunun əvəzinə arayış hansı halda verilə bilər - Prezidentin köməkçisi açıqladı 15 İyun 2021, 12:58 Ərdoğanla Əliyev Şuşada hansı müqavilələrə imza qoyacaq? – “Əsas sənəd...”                                        15 İyun 2021, 12:52 “Yaxşı gündə də, pis gündə də bir və bərabər olmağa davam edəcəyik”  15 İyun 2021, 12:46 “Türkiyə bizik, Anadolu bizik, Azərbaycan bizik” 15 İyun 2021, 12:40 Lənkəranda narkotacir TUTULDU 15 İyun 2021, 12:34 “Qarabağa girdik, Şuşaya irəlləyirik” 15 İyun 2021, 12:28
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?