Modern.az

Dost ölkə prezidentindən İlham Əliyevə ZƏNG

Dost ölkə prezidentindən İlham Əliyevə ZƏNG

Aktual

14 May 2021, 15:43

Əfqanıstanın dövlət başçısı Prezident İlham Əliyevə telefonla zəng edib

Mayın 14-də Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir.

 

Bu barədə Prezidentin Mətbuat xidmətindən Modern.az-a məlumat verilib.

Əfqanıstan Prezidenti dövlətimizin başçısını və Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik etmiş, firavanlıq arzularını çatdırmışdır.

 

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Əfqanıstan Prezidentinə minnətdarlığını bildirmiş və öz növbəsində Məhəmməd Əşrəf Qanini və Əfqanıstan xalqını Ramazan bayramı münasibətilə təbrik edərək sülh və əmin-amanlıq arzulamışdır.

Əfqanıstan Prezidenti Azərbaycanın ölkəsinə verdiyi dəstəyə görə bir daha dövlətimizin başçısına təşəkkür etmişdir.

 

Azərbaycan Prezidenti Ermənistan-Azərbaycan müharibəsi dövründə Əfqanıstanın Azərbaycana göstərdiyi dəstəyə görə Məhəmməd Əşrəf Qaniyə bir daha minnətdarlıq ifadə etmişdir.

 

 

Söhbət zamanı Azərbaycanla Əfqanıstan arasında dostluq münasibətlərinin inkişafından məmnunluq ifadə edilmiş, əlaqələrimizin daha da möhkəmlənəcəyinə əminlik bildirilmişdir.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu