Modern.az

Daha 326 nəfər koronavirusa yoluxdu: 12 nəfər vəfat etdi

Daha 326 nəfər koronavirusa yoluxdu: 12 nəfər vəfat etdi

Hadisə

14 May 2021, 16:36

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 326 yeni yoluxma faktı qeydə alınıb, 1 262 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 3 328 994 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 312 460 nəfər müalicə olunaraq sağalıb, 4 754 nəfər vəfat edib, aktiv xəstə sayı 11 780 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 494, ötən müddət ərzində isə ümumilikdə 3 368 394 test aparılıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi