Modern.az

“Əli və Nino”dan açıqlama: “MKM-in təqdimatı Xəzər Universitetində olacaq”

“Əli və Nino”dan açıqlama: “MKM-in təqdimatı Xəzər Universitetində olacaq”

25 Sentyabr 2012, 09:45

Milli Kitab Mükafatının təqdimatı olacaq. Modern.az-da bu haqda “Əli və Nino” Nəşriyyat Evindən məlumat veriblər. Bildirilib ki, təqdimat sentyabrın 26-da saat 14:00-da Xəzər Universitetində baş tutacaq. Görüş zamanı MKM təşkilatçıları və münsifləri layihə ilə bağlı məlumat verəcəklər.

Qeyd edək ki, Milli Kitab Mükafatı Azərbaycanın ədəbiyyat sahəsində ən böyük layihəsidir. MKM 2009-cü ildə “Əli və Nino” Nəşriyyat Evi tərəfindən təsis edilib və qısa bir müddət ərzində media və cəmiyyətdə çox geniş rezonans doğurub. Mükafatın əsas məqsədi ictimai diqqətin Azərbaycan ədəbiyyatına cəlb edilməsi, ədəbi əsərlərin üzə çıxarılması və stimullaşdırılması, Azərbaycan mədəniyyətinin və ədəbiyyatının sosial əhəmiyyətinin gücləndirilməsidir.
Layihənin baş sponsoru “Bakcell” şirkəti, rəsmi sponsoru “Bank Respublika” ASC və “Əli və Nino” Nəşriyyat Evidir.

S.İltifatqızı
Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır