Modern.az

BŞTİ-dən müəllimlərə, şagirdlərə və valideynlərə ÇAĞIRIŞ

BŞTİ-dən müəllimlərə, şagirdlərə və valideynlərə ÇAĞIRIŞ

17 May 2021, 09:13

"Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələri üzrə V-IX siniflərdə 199 694, xüsusi məktəblərdə 1 845 nəfər təhsil alır".

 

Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında idarənin müdir müavini Xəyalə Əhmədzadə deyib.

 

Onun sözlərinə görə, həmçinin ümumi təhsil müəssisələrinin I-IV siniflərində 182 018 şagird oxuyur.

 

İdarə rəsmisi bildirib ki, məktəbəhazırlıq qruplarına isə 27 122 uşaq cəlb olunub: "Yəni, artıq paytaxt məktəblərində ümumilikdə 410 000-dən artıq təhsilalanın və təxminən 25 000-dən çox təhsilverənin əyani tədrisə qismən cəlb olunmasından söhbət gedir. Bu da təbii ki, küçələrdə, nəqliyyatda müəyyən sıxlıqla müşaiyət oluna bilər. Bu baxımdan müəllimlər, valideynlər və şagirdlər diqqətli olmalı, özlərini evdən və məktəbdən kənarda da daha etibarlı qorumalıdırlar".

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir