Arxiv
17 May 2021, 14:24 | AKTUAL
Azərbaycanda bəzi fermerlər dövləti aldatmaq İSTƏYİB

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) fermerləri əkin bəyanı edərkən diqqətli olmağa və əkin planlarındakı dəyişiklikləri mayın sonuna qədər Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) bəyan etməyə çağırır.

 

Modern.az xəbər verir ki, bu barədə nazirliyin açıqlamasında bildirilir.

 

Məlumatda həmçinin deyilir ki, fermerlər sistemə bu günə qədər təxminən 65 % bəyan daxil edib.

 

AKİA-nın ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ruslan Zeynal bildirib ki, Dövlət Aqrar İnkişaf Mərkəzləri (DAİM) və AKİA-nın yerlərdə apardığı monitorinqlər zamanı bəzi fermerlərin real əkin ərazilərinin və əkdikləri bitkilərin onların EKTİS-dəki bəyanları ilə üst-üstə düşmədiyi aşkarlanıb: “Bu cür uyğunsuzluqların ortaya çıxması fermerin və ya 2 il müddətinə subsidiyadan məhrum edilməsinə səbəb olur. Ona görə də fermerlər bəyanları düzgün etməlidilər”.

 

Hazırda paralel olaraq monitorinqlər də aparılır. Subsidiya qaydaları ölkə prezidentinin 2019-cu il 27 iyun tarixli fərmanı ilə təsdiq edilib. Qaydalara əsasən, bəyan edilmiş əkin sahəsinə görə hesablanan məbləğlə monitorinq nəticəsində müəyyənləşdirilmiş məbləğ arasındakı fərq 5%-ə qədər olduqda subsidiya monitorinq nəticəsində müəyyən edilmiş sahəyə görə verilir. Fərq 5 %-dən çox, 20 %-dən az olduqda, veriləcək subsidiyanın məbləği 30% azaldılır. Fərq 20–50% olduqda cari il ərzində həmin fermerə subsidiya ödənilmir. 50 %-dən çox fərq olduqda isə həm cari, həm də sonrakı il ərzində fermer subsidiya ala bilmir.

 

Qurum rəsmisi onu da əlavə edib ki, AKİA yazlıq və çoxillik əkinlərində (bağlar) hər hansı bir dəyişiklik etmiş fermerlərə EKTİS-də şəxsi kabinetlərinə daxil olub əkin bəyanlarında həmin yeniliyi də göstərməyi tövsiyə edir .

 

Yazlıq və çoxillik əkinlər üçün bəyanlar fevralın 1-dən başlanıb və hazırda davam edir. Xatırladaq ki, fermerlər 31 may tarixinə qədər bütün bəyanları düzgün daxil etməlidilər. Bəyanlarında uyğunsuzluq olmayan fermerlərə iyun ayında subsidiya ödənişləri edilməsi nəzərdə tutulur.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycanda son sutkada rekord sayda peyvənd VURULDU 24 İyun 2021, 16:41 Bu günə olan yoluxma sayı AÇIQLANDI 24 İyun 2021, 16:34 Türk Şurasının turizm nazirləri Azərbaycanda görüşəcək 24 İyun 2021, 16:26 Bir qrup hərbçiyə ordenlər verildi - SİYAHI 24 İyun 2021, 16:15 Ceyhun Bayramov Baş katiblə görüşüb 24 İyun 2021, 15:56 Prezidentin hərbi medallar verdiyi jurnalistlər, klub prezidenti, gənc şair... - ADLAR 24 İyun 2021, 15:50 Əmək pensiyasına əlavə ilə bağlı qaydalar dəyişir 24 İyun 2021, 15:44 “BakuBus”ın avtobusları toqquşdu - Yaralananlar var - YENİLƏNİB 24 İyun 2021, 15:43 Gömrük Akademiyasının ilk magistr tələbələri məzun oldu 24 İyun 2021, 15:38 Niyazi Bayramov sakinlərin müraciətlərini qeydiyyata götürdü 24 İyun 2021, 15:32 İnsanları işə düzəltmək adı ilə aldanan şirkət direktoru SAXLANILDI 24 İyun 2021, 15:27 Ermənistan PUA istehsal edəcək 24 İyun 2021, 15:23 Yeni dalğanın qarşısını almaq üçün peyvənd olunmalıyıq - Deputat 24 İyun 2021, 15:17 Qırğızıstan Azərbaycana yeni səfir təyin etdi 24 İyun 2021, 15:12 Yas mərasimlərinin təşkilinə də icazə verilsin - TƏKLİF 24 İyun 2021, 15:06 Suqovuşanı azad edən 10 min 647 hərbçiyə medal verildi - SƏRƏNCAM 24 İyun 2021, 15:00 Deputat 3 kənddə seçicilərini qəbul edib - FOTOLAR 24 İyun 2021, 14:54 Çalışdığı şirkətin 15 mindən çox pulunu mənimsədi 24 İyun 2021, 14:48 Serbiya NATO-ya üzv olmayacaq 24 İyun 2021, 14:42 “Daşkəsən Dəmir Filiz” MMC bu universitetlə əməkdaşlıq edəcək 24 İyun 2021, 14:36 Bir qrup hərbçi “Laçının azad olunmasına görə” medalı ilə təltif edildi 24 İyun 2021, 14:30 Bugünədək 578250 hektar sahədə biçin aparılıb - FOTOLAR 24 İyun 2021, 14:25 Kəlbəcərin azadlığına görə təltif edilənlər - SİYAHI 24 İyun 2021, 14:20 Bakıda daha bir marşrut xətti karta keçdi 24 İyun 2021, 14:14 Prezident və xanımı “Gülüstan” SARAYINDA 24 İyun 2021, 14:08 Bir qrup hərbçi “Ağdamın azad olunmasına görə” medalı ilə təltif edildi - SİYAHI 24 İyun 2021, 14:02 Lavrov Azərbaycanla Ermənistan arasında etimaddan DANIŞDI 24 İyun 2021, 13:50 Ermənistanda seçkilər, Bakı ilə Moskvanın məsləhətləşmələri - ŞƏRH                     24 İyun 2021, 13:45 Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi Qrupun iclası keçirilib 24 İyun 2021, 13:40 Azad olunan yerlərə ilk növbədə bu məcburi köçkünlər QAYTARILACAQ 24 İyun 2021, 13:34 Təhsil Nazirliyindən məzun günü ilə bağlı QƏRAR 24 İyun 2021, 13:28 Maliyyə Nazirliyində yeni təyinatlar 24 İyun 2021, 13:22 Şuşa fatehləri TƏLTİF OLUNDU 24 İyun 2021, 13:16 SOCAR 25 milyon dollarlıq müqavilə imzaladı 24 İyun 2021, 13:10 Ukraynada yaşayan azərbaycanlı gənclərlə görüş keçirilib 24 İyun 2021, 13:04
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?