Modern.az

Dmanisiyə əlavə polis qüvvələri yeridilib - Gürcüstanın DİN rəhbəri

Dmanisiyə əlavə polis qüvvələri yeridilib - Gürcüstanın DİN rəhbəri

Hadisə

17 May 2021, 23:19

"Dmanisi rayonunda baş vermiş insidentlə bağlı istintaq davam edir. Qarşıdurma ilə bağlı hələ heç kim həbs olunmayıb".

 

Modern.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri söyləyib.

 

Nazir bildirib ki, qarşıdurmada iştirak edən bir neçə şəxs hazırda polis bölməsində saxlanılır və onlar dindiriləndən sonra sərbəst buraxılacaq. İnsidentlə bağlı istintaq davam etdirilir.

 

Onun sözlərinə görə, tərəflər arasında mübahisə başa çatıb və barışıq əldə olunub.

 

“Bununla belə, əlavə polis qüvvələri bu gecə ərzində Dmanisidə qalacaq”, - deyə V.Qomelauri vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır