Modern.az

13 Türkiyə vətəndaşının öldürülməsini əmr edən PKK lideri belə məhv edildi - VİDEO

13 Türkiyə vətəndaşının öldürülməsini əmr edən PKK lideri belə məhv edildi - VİDEO

Aktual

18 May 2021, 17:40

Türkiyə Milli Müdafiə Nazirliyi PKK terrorçularının Suriya qanadının lideri Halef El- Muhammedin məhv edildiyi anın görüntülərini yayımlayıb.

 

Modern.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, kadrlarda Sofi Nurettin adı altında gizlənən Halef  olduğu bildirilən mağaraya “F-16” vasitəsilə raket zərbəsi endirildiyi görünür.

 

İnterpolun qırmızı bülleteni ilə axtarılan Muhammed,Türkiyə Milli Kəşfiyyat Təşkilatı və Türkiyə ordusunun ortaq əməliyyatı ilə zərərsizləşdirilib.

 

Türkiyə səlahiyyətlilərinə görə, Sofi Nurettin bu il fevral ayında İraqın şimalındakı Qara bölgəsindəki “Pençe Kartal-2” əməliyyatı zamanı Türkiyə ordusuna müqavimət göstərməyə çalışan terrorçulara rəhbərlik edib. 13 Türkiyə vətəndaşının edam edilməsini əmr edən şəxsin məhz o olduğu bildirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür