Modern.az

Naqif Həmzəyevin seçicilərlə görüşləri davam edir

Naqif Həmzəyevin seçicilərlə görüşləri davam edir

Aktual

18 May 2021, 17:52

Milli Məclisin deputatı Naqif Həmzəyev növbəti dəfə vətəndaş qəbulu keçirib. Seçiciləri qəbul edən millət vəkili, onların səsləndirdiyi müraciətləri dinləyib, vətəndaşları narahat edən problem və məsələlərlə tanış olub.
 


Səsləndirilən müraciətlər əsasən mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosial, işlə təminat kimi məsələlər olub. Vətəndaşları diqqətlə dinləyən millət vəkili, ölkə Prezidentinin göstərişinə uyğun olaraq həyata keçirilən vətəndaş qəbulunda dilə gətirilən məsələlərin həlli istiqamətində aidiyyatı qurumlara müraciət edəcəyini və onları narahat edən problemlərin ən qısa müddətdə müsbət həll olunmasına köməklik göstərəcəyini diqqətə çatdırıb.
Millət vəkili qəbula gələn vətəndaşlara həmçinin sağlamlıqlarına diqqət edərək, pandemiya ilə mübarizədə karantin qaydalarına əməl etməyi də tövsiyə edib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub