Arxiv
25 Sentyabr 2012, 18:22 | AKTUAL
“Azərsu”-dan Bakı şəhərinin su təchizatının yaxşılaşdırılması üçün daha bir addım


Sentyabrın 24-də “Azərsu” ASC ilə Fransanın Suez Environnment şirkəti arasında “Bakı şəhərinin su təchizatı xidmətlərinin əməliyyat qiymətləndirilməsi və Master Plana dəstək” layihəsi üzrə müqavilə bağlanıb. Müqaviləni “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov və Suez Environnment şirkətinin beynəlxalq inkişaf üzrə icraçı vitse-prezidenti Erik Gebal imzalayıb.

“Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a bildirilib ki,  müqavilə Bakı şəhərinin mövcud su təchizatı sisteminin vəziyyətini araşdırmaq, zəif tərəfləri üzə çıxarmaq və fasiləsiz su təchizatına nail olmaq üçün Fəaliyyət Planının müəyyənləşdirilib təqdim edilməsini, eyni zamanda  təcrübə mübadiləsini nəzərdə tutur.

İmzalanma mərasimində “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov bildirib ki,  Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq bütün ölkə ərazisində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri icra olunur:

 “Əsas məqsədimiz Azərbaycan əhalisini fasiləsiz və keyfiyyətli içməli su ilə təchiz etməkdir. Buna nail olmaq üçün dünyanın qabaqcıl şirkətləri ilə əməkdaşlıq edirik. Abşeron yarımadası üzrə Master Planın hazırlanması üçün Türkiyə şirkətləri ilə müqavilə bağlamışıq və Master Planın ilkin təqdimatı da keçirilib. Ümidvaram ki, Fransa şirkəti ilə əməkdaşlıqdan sonra uğurlarımız daha da artacaq və möhtərəm Prezidentin qarşımızda qoyduğu tapşırıqları vaxtında və uğurla icra edəcəyik”.

Azərbaycan Prezidentinin Fransaya son səfəri zamanı iş adamları ilə görüşündə iştirak etdiyini xatırladan Suez Environnment şirkətinin beynəlxalq inkişaf üzrə icraçı vitse-prezident Erik Gebal su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması istiqamətində Azərbaycanda aparılan irimiqyaslı layihələrdən xəbərdar olduğunu bildirib:
“Dünyanın bir çox ölkəsində işləyən Suez Environnment şirkətinin rəhbərliyi Azərbaycanda həyata keçirilən layihələrdə iştirakdan məmnundur. Sizləri əmin edirəm ki, imzalanmış müqavilənin şərtlərinə uyğun olaraq üzərimizə götürdüyümüz öhdəlikləri tam yerinə yetirəcəyik və təkmil bir sənəd hazırlayıb “Azərsu” ASC-yə təqdim edəcəyik”.

Xatırladaq ki, Prezident İlham Əliyev Parisdə Fransa Sahibkarlar Təşkilatına – MEDEF-ə üzv olan iş adamları ilə görüşündə Azərbaycanda su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması sahəsində genişmiqyaslı işlərin aparıldığını bildirmişdi:
“Bizim su və kanalizasiya layihələri ilə bağlı böyük planlarımız vardır. Bu problem bizdə hər zaman mövcud olub. Təəssüf ki, Bakının və Azərbaycanın digər şəhərlərinin heç vaxt kifayət qədər su təchizatı olmayıb. Sovet dövründə yaradılan sistem kifayət etməyib. Qeyd etməliyəm ki, bu sistem köhnəlib və bir çox çətinliklər yaradır. Bu məqsədlə biz təmiz su təchizatı ilə bağlı böyük proqram həyata keçirmək qərarına gəlmişik. Suyun keyfiyyəti Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun olmalı və bütün şəhərlərimiz su ilə təchiz edilməlidir. Əlbəttə, Bakı birinci sıradadır, çünki o nəinki Azərbaycanın, hətta bütün Qafqazın ən böyük şəhəridir. Proqram çox genişdir və bizim dövlət şirkətimiz “Azərsu” buna görə məsuliyyət daşıyır. Onlar “GDF-Suez” ilə işləyirlər, yenicə müzakirələr aparıblar. Ümid edirəm ki, tezliklə layihənin reallaşdırılması istiqamətində praktik addımlar atılacaqdır. Hədəfimiz 2013-cü ilin sonuna qədər Azərbaycanın bütün şəhərlərini su ilə tam təchiz etməkdir. Paralel olaraq müasir kanalizasiya sisteminin qurulması da həyata keçiriləcəkdir. Amma yəqin ki, bunu gələn ilin sonuna qədər etmək mümkün deyil, bəlkə də bu, daha bir neçə ilə başa gələcəkdir..”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Təhsil naziri: “4000 şagirdin sinifdə saxlanması o deməkdir ki…” 17 Oktyabr 2019, 11:50 İlham Əliyev həmsədrləri qəbul etdi 17 Oktyabr 2019, 11:46 Ceyhun Bayramov: “Ana dili və riyaziyyat dərslikləri ilə bağlı DƏYİŞİKLİK edilib” 17 Oktyabr 2019, 11:40 Fazil Mustafadan “Traxtor”un oyunçusu ilə bağlı TƏKLİF: “Türk klubuna, ya “Qarabağ”a gətirilsin” 17 Oktyabr 2019, 11:38 Nazir: “Ali məktəb tələbələrinin ən azı 50 faizi təqaüd almalıdır” 17 Oktyabr 2019, 11:38 Bu dəfə Şəmkirdə mənşəyi məlum olmayan ət aşkarlandı - FOTO 17 Oktyabr 2019, 11:36 Ceyhun Bayramov: “Bu il Azərbaycan təhsilində ilkə imza atılıb” 17 Oktyabr 2019, 11:31 Nazir təhsildə aparılan islahatlardan DANIŞIR - VİDEO 17 Oktyabr 2019, 11:28 Regionlarda yaşayan gənc qızlar sahibkarlıq fəaliyyətinə cəlb olunacaqlar 17 Oktyabr 2019, 11:15 AzTU-da Aprel şəhidinin doğum günü qeyd olundu - FOTO 17 Oktyabr 2019, 11:14 Ötən gün yol qəzalarında 1 nəfər ölüb 17 Oktyabr 2019, 11:05 “Ciddi kadr islahatlarının şahidi olacağıq” - Deputat məmurların düşmənçiliyindən DANIŞDI 17 Oktyabr 2019, 11:04 Bakıda itin dişlədiyi uşaq öldü 17 Oktyabr 2019, 11:00 Arvadını və qayınanasını öldürən şəxsə cinayət işi açıldı 17 Oktyabr 2019, 10:55 Bakı Meriyası sahibkarları TƏNQİD etdi – “Qınaq obyektinə çevriləcəklər” 17 Oktyabr 2019, 10:54 Diqqət: Bakıda bu yollarda hərəkət məhdudlaşdırılacaq 17 Oktyabr 2019, 10:52 Nazir orta aylıq pensiyanın 293 manata çatacağını ANONS ETDİ 17 Oktyabr 2019, 10:45 Deputat Azərbaycandakı internetin sürətindən ŞİKAYƏTLƏNDİ 17 Oktyabr 2019, 10:43 Bakıda Müstəqillik günü tədbirləri keçirilməyəcək - BŞİH: "Belə planımız yoxdur" 17 Oktyabr 2019, 10:39 Azərbaycan MDB-də sosial müdafiə üzrə Məşvərət Şurasına sədrlik edəcək 17 Oktyabr 2019, 10:24 Hər məmur özünə bir sayt açıb 17 Oktyabr 2019, 10:24 İsgəndər Həmidov yenidən əməliyyat olunacaq - AÇIQLAMA 17 Oktyabr 2019, 10:21 Ramil İmamov: “Ölkədə olan taksit kart müştərilərinin təxminən 65%-i BirKart sahibidir” 17 Oktyabr 2019, 10:14 “Köhnə kadrların mane olmaq cəhdləri Prezidentin gözündən qaçmır” – Vahid Əhmədov 17 Oktyabr 2019, 10:08 Nazirlik Neftçalada qanunsuz balıq ovu ilə bağlı hərəkətə keçdi 17 Oktyabr 2019, 10:02 Azərbaycanın “Ai-92” markalı benzin aldığı ölkələrin adları AÇIQLANDI 17 Oktyabr 2019, 09:56 DİM hazırlıq kursu barədə elan verdi 17 Oktyabr 2019, 09:45 Ermənilər cəbhədə təxribatlara davam edir 17 Oktyabr 2019, 09:45 İşarət dili ünsiyyət dili kimi rəsmi şəkildə tanınacaq   17 Oktyabr 2019, 09:39 Azərbaycanın real mənzərəsi 17 Oktyabr 2019, 09:34 Türk Birliyi - Xəyaldan gerçəkliyə! 17 Oktyabr 2019, 09:19 Azərbaycanda bu ərzaq malları bahalaşıb - SİYAHI 17 Oktyabr 2019, 09:13 Türk ordusu 673 terrorçunu məhv edib 17 Oktyabr 2019, 09:08 “Qırmızı Şaman”ın izi ilə... - Qədim türk yurdu Saxa Respublikasından REPORTAJ - IV HİSSƏ 17 Oktyabr 2019, 08:42 Bakıda tramvay və trolleybusların bərpası ilə bağlı müzakirələr başladı 17 Oktyabr 2019, 08:32