Modern.az

Müxalifətin mitinqinin vaxtı açıqlandı

Müxalifətin mitinqinin vaxtı açıqlandı

26 Sentyabr 2012, 14:01

İctimai  Palata oktyabr ayında etiraz aksiyalarına başlamaq istəyir


Siyasi müstəvidə uzun sürən durğunluqdan sonra müxalifət yenidən aktiv fəaliyyətini nümayiş etdirmək üçün kütləvi aksiyalara başlayır. Bu barədə Modern.az saytına Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı məlumat verib. Partiya rəsmisi bildirib ki, artıq aksiyaların keçirilmə vaxtı da müəyyəm edilib:

“Mən belə aksiyaların oktyabr ayında başlanacağını istisna etmirəm. Çox güman ki, oktyabr ayında biz yenidən aksiyalara başlayacağıq. Biz bu istiqamətdə hazırda müzakirələrimizi davam etdiririk, əgər aksiyalarla bağlı yekun qərar qəbul olunsa, ən qısa zamanda hazırlıq işləri həyata keçirələcək. Bununla bağlı lazım olarsa, Bakı şəhər İcra Hakimiyyətinə müraciət də edəcəyik”.

Beləliklə, İctimai Palata “Eurovision” mahnı müsabiqəsi ərəfəsində həyata keçirdiyi silsilə aksiyalardan sonra yenidən siyasi aktivliyini bərpa etmək niyyətindədir. Bu istiqamətdə 2013-cü il prezident seçkiləri öncəsi kütləvi aksiyaların keçiriləcəyi istisna edilmir.

Anar RÜSTƏMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır