Arxiv
28 May 2021, 11:05 | MEDİA
Türk dünyasının ortaq İnternet televiziyası fəaliyyətə başladı

Bu gün TÜRK DÜNYASININ ortaq internet televiziyası MEDIATURK TV fəaliyyətə başlayıb.

 

Türk dünyasının mediakörpüsü olmağı hədəfləyən televiziya türklərin yaşadığı geniş məkana xitab edəcək. Müstəqil türk dövlətləri – Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistanla yanaşı türk xalqlarının sıx məskunlaşdığı bütün coğrafiyada olacaq.

 

Türk dünyasının diasporu, parlamenti, siyasəti, təhsili, ədəbiyyatı, mədəniyyəti, mediası, tarixi, iqtisadiyyatı və səhiyyəsini, demək olar ki, bütün varlığını MEDIATURK TV-də tam şəkildə görə biləcəksiniz.

 

Televiziyanın təsisçiləri Azərbaycan Milli Məclisinin deputatı Cavanşir Feyziyev və Əməkdar jurnalist Elşad Eyvazlı, baş redaktoru isə gənc jurnalist Nəzrin Abduldur.

 

MEDIATURK TV-nin yaranması və hədəfləri barədə danışan Cavanşir Feyziyev bildirib ki, kanalın 28 May günündə fəaliyyətə başlaması təsadüfi deyil: “28 May hər bir azərbaycanlı üçün əziz gün olmaqla bərabər, həm də bütün türk dünyasının dövlətçilik təkamülündə dərin iz buraxmış şanlı bir tarixdir. 1918-ci ilin bu günündə türk dünyasının ilk respublikası - Azərbaycan Xalq Cümhuriyyətinin yaranması elan olunub.

 

Bu gün açılışını elan etdiyimiz  MEDIATURK internet tv kanalı ümumi gələcək haqqında türk dünyasının arzularının gerçəkləşməsinə xidmət edəcək. MEDIATURK hələ ki internet televiziyası kimi bütün türk ölkələrində yaşayan soydaşlarımızın maddi və mənəvi dəstəyi ilə fəaliyyət göstərəcək. Əminəm ki, bu kanal dünya türklərini biri-birinə yaxınlaşdıran, doğmalaşdıran və nəhayət, sevdirən bir cazibə mərkəzinə çevriləcək”.

 

Kanalın həmtəsisçisi Elşad Eyvazlı isə qeyd edib ki, platforma Türk dünyası jurnalistlərinin fikir mərkəzi,  doğma evi olacaq: “MEDIATURK Türk Dünyasına xidmət üçün yaradılıb. Çalışacağıq ki, türk toplumunun dünyadakı səsi olaq. Qarşıda uzun bir yol var. Bu yolda dünyada yaşayan hər bir türkün dəstəyinə ehtiyacımız olacaq”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Şamaxıda zəlzələ oldu 21 İyun 2021, 00:59 Simonyanın uşaqları türkləri öldürməyə çağırdı - VİDEO 21 İyun 2021, 00:52 Bakıda piyadanı maşın vurub öldürdü 21 İyun 2021, 00:41 Köçəryanın bloku İrəvanda liderlik edir 21 İyun 2021, 00:27 Ermənistanda seçki pozuntuları barədə prokurorluqdan açıqlama 21 İyun 2021, 00:20 Zuber Bakıda Altıntopun rekordunu yenilədi 21 İyun 2021, 00:06 17 yaşlı qız məzun gecəsində bıçaqlandı 20 İyun 2021, 23:53 Batmaqda olan 11 nəfər xilas edildi 20 İyun 2021, 23:42 Ermənistanda seçkilərin ilkin nəticələri AÇIQLANDI 20 İyun 2021, 23:27 Türkiyədə daha 63 nəfər virusdan öldü 20 İyun 2021, 23:13 Formula 1 üzrə Fransa Qran Prisinin qalibi müəyyənləşdi 20 İyun 2021, 22:59 Paşinyanın partiyası liderlik edir - YENİLƏNİB 20 İyun 2021, 22:46 ABŞ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır 20 İyun 2021, 22:39 Şenol Günəşi istefaya çağırdılar 20 İyun 2021, 22:26 Teymur Rəcəbov səkkizinci oldu 20 İyun 2021, 22:10 Türkiyə millisi yenə uduzdu 20 İyun 2021, 21:55 Azərbaycan millisi Avropa çempionu oldu 20 İyun 2021, 21:48 Gəncədə piyadanı maşın vurdu 20 İyun 2021, 21:37 Bakıda yol qəzası - xəsarət alanlar var 20 İyun 2021, 21:21 Cüdoçularımız Avropa kubokunda 3 medal qazandı 20 İyun 2021, 21:04 "Ermənistan qonşularına ərazi iddialarını dayandırmalıdır" - Çavuşoğlu 20 İyun 2021, 20:50 Van Damm Azərbaycan milli rəqsini oynamağı öyrənir – VİDEO 20 İyun 2021, 20:34 Ermənistanda səsvermə başa çatıb 20 İyun 2021, 20:20 İsraildə Ermənistan əleyhinə aksiya keçirildi - FOTO 20 İyun 2021, 20:13 Bakıda Türkiyə-İsveçrə matçı başladı 20 İyun 2021, 20:01 Dövlət qulluğu və doktoranturaya bugünkü qəbul imtahanları başa çatdı 20 İyun 2021, 18:08 Kənd müəllimindən unikal addım - Təhsilsiz valideynlərə dərs keçəcək 20 İyun 2021, 17:58 FİFA prezidenti Bakıya gəlir 20 İyun 2021, 17:44 Tovuzda qəza: iki minik avtomobili toqquşdu 20 İyun 2021, 17:30 İranda təyyarə qəzası: ölənlər var 20 İyun 2021, 17:19 Bakıda mağaza yandı 20 İyun 2021, 17:08 XİN rəhbərindən sərhəd məsələsinin üçün YENİ TƏKLİF 20 İyun 2021, 16:59 Bakıdakı toz dumanı normadan beş dəfə çox artdı 20 İyun 2021, 16:51 Ceyhun Bayramov Şuşa Bəyannaməsindən danışdı: "Uzun illər danışılacaq" 20 İyun 2021, 16:43 Vaksinasiyadan keçənlərin bu günkü statistikası 20 İyun 2021, 16:30
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?