Modern.az

“Space” TV-nin icraçı direktoru işdən çıxdı

“Space” TV-nin icraçı direktoru işdən çıxdı

2 İyun 2021, 19:10

Uzun illərdir “Space” TV-də çalışan Kamil Şahverdiyev sözügedən telekanaldan ayrılıb.

 

Modern.az xəbər verir ki, telekanalda icraçı direktor vəzifəsində çalışan K.Şahverdiyev bu gün kollektivlə vidalaşıb.


"15 il çalışdığım "Space" teleradio şirkətindən ayrıldım. Mənə verilmiş bu imkana görə kanalın təsisçisinə dərin təşəkkürümü bildirirəm.
Kollektivin hər bir üzvünün əlini sıxıb onlara və yeni rəhbər Müşfiq Hətəmova bu çətin və məsuliyyətli işdə uğurlar arzu edirəm!",-deyə K.Şahverdiyev bildirib

Kamil Şahverdiyev Rəşid Behbudov Fondunun direktorudur.

 

Xatırldaq ki, bu yaxınlarda “Space” teleradio şirkətinə ötən ay yeni rəhbər təyin olunub. Bu vəzifəyə Əməkdar incəsənət xadimi Müşfiq Hətəmov təyinat alıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir