Modern.az

Mübariz İbrahimovun anası barədə yenə yalan xəbər YAYDILAR

Mübariz İbrahimovun anası barədə yenə yalan xəbər YAYDILAR

Mədəni̇yyət

3 İyun 2021, 18:04

Sosial şəbəkələrdə Milli Qəhrəman Mübariz İbrahimovun anası Şamama İbrahimovanın vəfat etdiyi barədə məlumat yayılıb.

Mənbəyi bilinməyən xəbərin sosial şəbəkələrdə çoxlarının ciddi adamlar kimi tanıdığı şəslər tərədindən tirajlanması çaşqınlığa səbəb olub.


Modern.az-ın
əməkdaşı məlumatı dəqiqləşdirmək üçün Biləsuvar rayonunun deputatı Bəhruz Məhərrəmovun köməkçisi Nazir Məşədikərimli ilə əlaqə saxlayıb. O saytımıza xəbərin yalan olduğunu bildirib:


“Milli Qəhrəmanın anasının dünyadan köçməsi haqqında informasiya yalandır. Şamama xanım həyatdadır. Artıq bu məsələ araşdırmaya verilib”.


Xatırladaq ki, Mübariz İbrahimovun anasının bundan öncə də ölüm xəbəri yayılmış və təkzib edilmişdi.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır