Modern.az

Bu, yalnız Bakı və İrəvanın razılığı ilə mümkündür - Rusiya XİN

Bu, yalnız Bakı və İrəvanın razılığı ilə mümkündür - Rusiya XİN

Qarabağ

7 İyun 2021, 23:47

Rusiya xarici işlər naziri Sergey Lavrov fransalı və almaniyalı həmkarları Jan iv Lö Drian və Hayko Maasla telefonla danışıb.

 

Modern.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin yaydığı məlumata görə, xarici siyasət idarələrinin rəhbərləri Azərbaycan-Ermənistan sərhədindəki və Dağlıq Qarabağ ətrafındakı vəziyyəti, həmçinin, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 9 noyabr 2020-ci il tarixli və 11 yanvar tarixli bəyanatlarının müddəalarının yerinə yetirilməsinin gedişaatını müzakirə ediblər.

 

 Atəşkəs rejiminə ciddi riayət olunmasının, eləcə də ortaya çıxan fikir ayrılıqlarının siyasi və diplomatik yolla həllinin vacibliyi vurğulanıb.

 

Nazirlər ATƏT-in Minsk qrupunun Azərbaycan və Ermənistan arasında danışıqlar prosesindəki rolunu təsdiqləyiblər.

 

Rusiya tərəfindən qeyd edilib ki, beynəlxalq təşkilatların danışıqlar prosesində hər hansı bir iştirakı yalnız Bakı və İrəvanın razılığı ilə mümkündür.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır