Arxiv
10 İyun 2021, 09:30 | ƏDƏBİYYAT
Yeni yaşınız mübarək, İbrahim müəllim!

Qayğıkeş, mehriban, çox nikbin adamdır. Yumor hissi güclü olduğundan münasibətdə olduğu insanlarda xoş əhval-ruhiyyə yarada bilir. Gözəl musiqi duyumu var. Gənc yaşlarından bir neçə musiqi alətini dilləndirməyi bacarır. Natiqdir, dəvət olunduğu məclislərdə mənalı çıxışları ilə hamını özünə heyran edir, hər dəfə yeni fikir söyləməyə çalışır, təkirarçılığı sevmir...


Deyir ki,- “Bir dəfə Sabir Rüstəmxanlı ilə yasa gedirdik. Bir dostumuzun yaxını rəhmətə getmişdi. Yasa üç nəfər getməli idik. Oturdum Sabirin maşınına, getdik üçüncü dostumuzu da evindən götürməyə. Yolda Sabir mənə bir bağlama verdi ki, sənə Türkiyədən hədiyyə gətirmişəm. Amma açma, evdə açarsan. Dedim ki, evə niyə saxlayıram e, mənə almısansa, elə burda açacam. Dirəndi ki, yox evdə açarsan. Dözmədim, bağlamanı açdım. Baxdım ki, bir dənə zurnadı. Guya məni dolamaq üçün zurna alıb Türkiyədən. Mən də eləmədim tənbəllik, zurnanı aldım əlimə, başladım çalmağa. İndi biz maşında gedirik, pəncərəni açmışam, zurna çalıram. Hamı da Sabiri tanıyır axı, baxırlar ki, Sabir Rüstəmxanlı maşınla gedir, yanında oturan bir adam da ona zurna çalır. Sabir nə qədər yalvardı, fikir vermədim. Dedim, bəs sən mənnən məzələnib, zurna ala bilirsən?..”


Təvazökardır. Onunla münasibət qurmaq elə də çətin deyil. Həmsöhbətini səbrlə dinləməyi bacarır. Qarşı tərəfdə səmimiyyət gördüsə ürək qızdırıb, mehribanlıq göstərir, özünü ifadə etməyə şərait yaradır. İnsanlara maddi imkanlarına görə deyil, intellektinə, təfəkkürünə, necə deyərlər, ağlına görə dəyər verir. Zəngin dünya görüşü var. Bütün mövzularda fikir yürüdə bilir. Onunla söhbət etmək üçün təzə, ən maraqlı xəbərləri, elmi və ya sosial-siyasi xarakterli məlumatları bilmək lazımdır...


Duyğusal, romantik, şair təbiətli insandır. Poeziyanın vurğunudur. Klassiklərdən tutmuş müasir şairlərə kimi çoxunun yaradıcılığından məlumatı var. Şeir yazmasını çox adam bilməsə də arabir dostlarına şeirlərindən söyləyir. İndiyədək heç yerdə çap olunmayan gözəl poeziya nümunələri yarada bilib.


Deyir ki,- “Mən yazıram, amma çap etdirmək, kitab çıxarmaq fikrim yoxdur. Özüm üçün, öz ehtiyacım üçün yazıram. Şeir mənə çox kömək eləyir. Cavanlıqda sevgi üçün kömək eləyirdi, indi başqa mənəvi problemlərə kömək eləyir. Bu mənə bəsdir.”


Bu şeiri isə çağdaş Azərbaycan poeziyasının ünlü nümayəndələrindən biri- parlaq istedadlı şair Elçin Mirzəbəyli Onun haqqında yazıb:


…Xoş sözə, düz sözə qulağı açıq,

Ata ocağıdı, qucağı açıq,

Mərdə evi açıq, ocağı açıq,

Namərd qarşısında buz kimi adam.

…Niyyəti- saf niyyət… Amalı ulu,

Qəlbi sevgi dolu, mərhəmət dolu.

O, özü bir yoldu- qardaşlıq yolu –

Cığır kimi adam, iz kimi adam…


Haqqında sevə-sevə söhbət açdığım İbrahim Yusifzadənin iyunun 10-da 74 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, firəvan həyat, ağrı-acısız günlər arzulayıram.


Yeni yaşınız mübarək, İbrahim müəllim!



Elman Eldaroğlu

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qurban Qurbanov pivə butulkasının götürülməsini istədi 16 Sentyabr 2021, 23:31 Mediasiya qanunvericiliyinin tətbiqi məqsədilə işçi qrup yaradıldı 16 Sentyabr 2021, 23:28 Nazir müavini: "Ermənistanı məsuliyyətə cəlb edəcəyik" 16 Sentyabr 2021, 23:26 Ermənilərin Oxçuçayı çirkləndirməsi Moldova mətbuatında 16 Sentyabr 2021, 23:14 Bakıda mənzildə qadın meyiti tapıldı 16 Sentyabr 2021, 23:10 Naxçıvandan Gəncəyə aviareys fəaliyyətə başladı 16 Sentyabr 2021, 22:51 “Qarabağ”-“Bazel” oyunu qolsuz keçdi 16 Sentyabr 2021, 22:45 Avropa Müdafiə İttifaqı yaradıla bilər 16 Sentyabr 2021, 22:36 Goranboyda ikimərtəbəli ev yandı 16 Sentyabr 2021, 22:23 “Gənclər siyasəti haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılır 16 Sentyabr 2021, 22:13 Fondun xətti ilə 35 min 576 ipoteka krediti verilib 16 Sentyabr 2021, 22:03 “Bədən tərbiyəsi və idman haqqında” qanun layihəsi müzakirəyə çıxarılır 16 Sentyabr 2021, 21:56 MEDİA rəhbərliyi Qazaxıstanda görüşlər keçirir 16 Sentyabr 2021, 21:51 İƏT nümayəndələri Şuşada monitorinq apardı 16 Sentyabr 2021, 21:43 "Doing Business" hesabatının verilməsi dayandırılır 16 Sentyabr 2021, 21:31 Çində tam peyvənd olanların sayı 1 milyardı keçdi 16 Sentyabr 2021, 21:20 Xarici şirkətlər üçün yeni tələblər 16 Sentyabr 2021, 21:10 Türkiyədə daha 262 nəfər virusdan öldü 16 Sentyabr 2021, 20:54 Türkiyə-İran sərhədi açıldı 16 Sentyabr 2021, 20:43 Kabilə bir neçə raket düşüb 16 Sentyabr 2021, 20:36 Dövlət xətti ilə kirayə verilən mənzillərin sayı açıqlandı 16 Sentyabr 2021, 20:29 Ötən ay dəmir yolu ilə 213 min sərnişin daşınıb 16 Sentyabr 2021, 20:17 Nigeriyada aviazərbələr endirildi: 9 ölü, 23 yaralı 16 Sentyabr 2021, 20:13 Türk Ağsaqqalları Birliyinin yaradılması xəbəri təkzib edildi 16 Sentyabr 2021, 19:59 Samuxda məişət evi yandı 16 Sentyabr 2021, 19:51 "Üç qardaş - 2021” təlimi davam edir - VİDEO 16 Sentyabr 2021, 19:38 Zaxarova İranın yük maşınlarının saxlanmasından DANIŞDI 16 Sentyabr 2021, 19:36 Davos forumunun tarixi məlum oldu 16 Sentyabr 2021, 19:32  “Qarabağ“ və  “Bazel”in start heyətləri açıqlandı 16 Sentyabr 2021, 19:23 Sabiq baş nazir saxlanıldı 16 Sentyabr 2021, 19:21 Unun qiyməti ilə bağlı qərarın İZAHI 16 Sentyabr 2021, 19:11 Hərbçilər arasında yarış keçirildi - FOTO 16 Sentyabr 2021, 19:00 Zakir Həsənov Aİ-nin xüsusi nümayəndəsi ilə görüşüb 16 Sentyabr 2021, 18:57 Hansı müəllimlərə məhdudiyyət tətbiq olunacaq? - AÇIQLAMA 16 Sentyabr 2021, 18:53 Tanınmış dirijor vəfat edib 16 Sentyabr 2021, 18:52
SORĞU Hansı vaksinə etibar edirsiniz?