Modern.az

Oğul atanı niyə öldürdü? - TƏFƏRRÜAT

Oğul atanı niyə öldürdü? - TƏFƏRRÜAT

Aktual

10 İyun 2021, 11:40

Qubada 25 yaşlı oğulun 51 yaşlı atasını balta ilə öldürməsinin bəzi təfərrüatları məlum olub.

 

Modern.az-ın əldə etdiyi məlumata görə, iyunun 9-da axşam saat 20.00 radələrində Rəvan Ramazanovla atası Sadıq Ramazanov yaşadıqları evin həyətində atın nallanması ilə məşğul olublar. Bu zaman aralarında şəxsi münasibətlər zəminində mübahisə düşüb. Beyni qızan oğul Rəvan qara rəngli taxta balta ilə atasının sinə və baş nahiyələrinə zərbələr endirib.

 

Məlumata görə, Rəvan atasının sinəsinə bir, başına isə iki zərbə endirib. Aldığı ağır xəsarətlərdən ata, 51 yaşlı Sadıq Rzaqulu oğlu Ramazanov yerindəcə keçinib. Atasının öldüyünü, işlərin heç də rəvan getmədiyini görən Rəvan özü könüllü olaraq rayon polis şöbəsinə gələrək məlumat verib, könüllü təslim olaraq törətdiyi ağır cinayəti etiraf edib.

 

Quba rayon polis şöbəsinin növbətçi hissəsindən iyunun 9-u axşam saat 22.10 radələrində rayonun Rustov İƏD-nin Sofikənd kəndində Rəvan Ramazanovun atası Sadıq Ramazanovu balta ilə qətlə yetirməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Dərhal hadisə yerinə Quba rayon prokuroru Namiq Muradov və Quba rayon polis şöbəsinin rəisi Mehman Əliyev və polis-prokurorluq əməkdaşları gəlib.Hadisə yeri müayinə olunub.Mərhum Sadıq Ramazanovun meyiti daxili müayinədən keçirilib.

 

Atasını həyatdan məhrum edən 25 yaşlı Rəvan Ramazanov şübhəli şəxs qismində istintaqa cəlb edilib. Quba rayon prokurorluğunda respublika CM-nin 120.1(qəsdən adam öldürmə) maddəsilə cinayət işi açılıb. Qətl hadisəsinin istintaqını Quba rayon prokurorluğunun böyük müstəntiqi Bəhruz Qədirli aparır. İstintaq 25 yaşlı oğulun hansı səbəbdən əlini atasının qanına bulamasına tam aydınlıq gətirəcək.
Oğlu tərəfindən həyatını itirən Sadıq Ramazanovu yaşadığı kənddə zəhmətkeş kənd adamı kimi tanıyırdı.

 

 

 

 

 

 

Aytəkin ALXASLI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi