Modern.az

Döyülən dövlət başçıları - Makrona vurulan şillənin EFFEKTİ

Döyülən dövlət başçıları - Makrona vurulan şillənin EFFEKTİ

10 İyun 2021, 15:27

Fransa prezidenti Emmanuel Makrona şillə vurulması videosu son günlər bütün dünyanın müzakirə etdiyi əsas hadisələrdən oldu. Belə ki, ölkənin cənub-şərqindəki Valans şəhəri yaxınlığında Ten-Ermitaj kommunasına səfər edən zaman dəmir arakəsməyə yaxınlaşan Makron mərasimə qatılan şəxslərdən biri tərəfindən şillələndi.

Hadisə bundan əvvəl, dövlət başçılarına sadə vətəndaşların bu və ya digər səbəbdən kütləvi tədbirlər zamanı hücum etməsi, onların üzərinə ayaqqabı və s. atıması ilə bağlı insidentləri xatırlatdı.

 

Modern.az keçmişdə baş verən belə hadisələrin qısa xülasəsini təqdim edir.

2020-ci il iyulun 16-da Cənubi Koreya prezidenti Mun Çje İnə ayaqqabı atılmışdı. Çon adlı vətəndaş parlamentin binasının çıxışında prezidentə ayağından çıxardığı ayaqqabını atmışdı. Onu polis həbs edib.

“Mən prezident Mun Çje İnə ayaqqabı atdım. Onun nifrət və rüsvayçılıq hiss etməsini istəyirdim”- deyə etirazçı bildirmişdi.

 

2011-ci il iyunun 30-da isə Fransanın eks-lideri Nikola Sarkozi Makronun taleyini yaşamışdı. Belə ki, Bra şəhərində seçiciləri ilə görüşən Sarkozi dəmir arakəsmədən əlini seçicilərə uzadan anda onlardan biri prezidenti öz tərəfinə çəkmişdi. Eks-prezident çətinliklə ayaq üstündə qala bilib.

 

Bununla bağlı ən məşhur insident 2008-ci ilin dekabrında Bağdadda baş verib. O zaman İraq baş naziri və ABŞ prezidenti Corc Buş jurnalistlər üçün mətbuat konfransı keçirən zaman jurnalist Müntəzir əz-Zeydi hər iki ayaqqabısını Buşun üzərinə atmışdı. Amma o hər iki halda hədəfdən yayınmışdı.

İnsidentdən sonra jurnalist saxlanılaraq 3 il həbs cəza almışdı.

 

Ayrı-ayrı vaxtlarda Sudan prezidenti Ömər əl-Bəşir, Çin baş naziri Ven Tsyabao, Beynəlxalq Valyuta Fondunun eks-sədri Dominik Stros-Kan kütlə tərəfindən ayaqqabı və yumurta hücumuna məruz qalıb. İranın sabiq prezidenti Mahmud Əhdəminejat isə 2 dəfə ayaqqabı hücumuna məruz qalıb.

 

2020-ci il fevralın 10-da isə İsrailin eks-baş naziri Benyamin Netanyahunun başına Netaniya şəhərində keçirilən seçkiqabağı görüşü zamanı 25 yaşlı müəllim Breyniş Zaxava Bak tərəfindən alma atılmışdı.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər