Modern.az

Paşinyan Qazaxın 7 kəndi ilə Başkəndi dəyişməyi TƏKLİF ETDİ

Paşinyan Qazaxın 7 kəndi ilə Başkəndi dəyişməyi TƏKLİF ETDİ

11 İyun 2021, 14:16

Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Gədəbəydəki Başkənddən danışıb.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, o, Tavuş vilayətinə səfəri zamanı Qazaxın 7 kəndi ilə Gədəbəyin ərazisində yerləşən Başkənd kəndini dəyişməyi təklif edib:

“Hazırda situasiya dəyişməz olaraq qalır. Niyə? Çünki bizim də Başkənd (erm.Artsvaşen) kəndimiz Azərbaycanın nəzarəti altındadır. Bizim məntiqimiz belədir – anklav anklavla dəyişdirilməlidir və onların nəzarətində olan ərazi onlara, bizim nəzarətimizdə olan ərazi isə bizə qalmalıdır”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada dəhşət Ukrayna Vampirləri işə saldı