Arxiv
11 İyun 2021, 14:56 | AKTUAL
ATƏT PA-nın Büro iclası keçirilib

İyunun 10-da ATƏT Parlament Assambleyası (ATƏT PA) Bürosunun onlayn iclası olub. İclas çərçivəsində gələn ay ATƏT PA-nın illik sessiyasının keçirilməsi ilə bağlı  məsələlər müzakirə edilib.

Bu barədə Modern.az-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ATƏT PA-nın prezidenti Lord Piter Bouness Büro iclasını açaraq sözü qurumun Baş katibi Roberto Montellaya verib. R.Montella ATƏT PA-nın Siyasi məsələlər və təhlükəsizlik, eləcə də İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit, həmçinin Demokratiya, insan hüquqları və humanitar suallar komitələrinin iclaslarının tam olaraq onlayn formatda, 05 iyul tarixində daimi komitənin və 06 iyul tarixində isə plenar iclasın hibrid formatda keçirilməsini təklif edib.

Büro üzvləri iclasların keçirilmə qaydası ilə bağlı Baş katibin səsləndirdiyi təklifə müsbət yanaşdıqlarını bildirərək illik sessiyanın formatını təsdiq ediblər.

ATƏT PA-nın vitse-prezidenti və Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Azay Quliyev görüşün gündəliyindəki məsələlərə münasibət bildirib, müzakirə edilən sənədlərə təklif və tövsiyələrini səsləndirib. Azay Quliyev çıxışında 04 iyun tarixində 2 nəfəri jurnalist olmaqla 3 nəfərin minaya düşərək həlak olmasını toplantı iştirakçılarının diqqətinə çatdırıb. Bu günə qədər 140 azərbaycanlının minalardan ciddi xəsarət aldığını, 27 nəfərin isə həlak olduğunu bildirib. O, Ermənistan tərəfindən minalanmış sahələrin xəritəsinin verilməməsinin beynəlxalq hüququn və 1949-cu il Cenevrə Konvensiyasının ciddi pozuntusu olduğunu vurğulayıb.

İclasda həmçinin ATƏT PA rəsmilərinin onlayn seçkisinin keçirilməsi ilə bağlı məsələlər, eləcə də illik sessiyada komitələr tərəfindən təqdim ediləcək hesabatların ilkin layihəsi müzakirə edilib. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azad edilən ərazilərdə 2 milyard kubmetr su ehtiyatları var - Baş nazirin müavini 23 İyun 2021, 13:10 “Erməni xalqının dövlətçilik anlayışı yoxdur” - Rusiyalı ekspertlər OD PÜSKÜRDÜLƏR 23 İyun 2021, 13:06 Goranboyda dövlət qulluqçuların peşə bayramı qeyd olunub 23 İyun 2021, 13:03 Sabah 42 dərəcə isti olacaq - Günün altında qalmayın! 23 İyun 2021, 13:00 İki informasiyada gizlənən kodlar: Erməni generalın bəyanatının PƏRDƏARXASI 23 İyun 2021, 12:56 Ağdamın Salahlı Kəngərli kəndi - VİDEO 23 İyun 2021, 12:52 Yanğına görə aeroport yolunda sürət həddi endirildi 23 İyun 2021, 12:48 Taqanroq diviziyasının igid döyüşçüsü Şamil Yadigarov - FOTOLAR 23 İyun 2021, 12:43 Prezident dövlət qulluqçularını təltif etdi - SİYAHI 23 İyun 2021, 12:40 Keçmiş mətbuat katibi HƏBS EDİLİB 23 İyun 2021, 12:35 Emin Əmrullayev Bakı Ali Neft Məktəbində   23 İyun 2021, 12:34 Prezident BMT-nin ali nümayəndəsini qəbul edib  23 İyun 2021, 12:30 Sinoptiklərin hava xəbərdarlığına görə HƏKİM MƏSLƏHƏTİ 23 İyun 2021, 12:25 İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat nazirini qəbul edib 23 İyun 2021, 12:20 Tural Gəncəliyev: “Qarabağa qayıtmaq hüququmuzdan istifadə edə bilmirik” 23 İyun 2021, 12:17 Hər yetəndən bal ALMAYIN - Loğman MƏSLƏHƏTİ 23 İyun 2021, 12:11 Nazirlik anomal isti ilə bağlı əhaliyə müraciət etdi 23 İyun 2021, 12:05 “Heç zaman dünya hegemonluğuna iddia etməyəcəyik” – Çinin müdafiə naziri 23 İyun 2021, 11:59 Azərbaycan Dünya Bankının kreditindən İMTİNA ETDİ 23 İyun 2021, 11:53 Avropa Şurasının Baş katibi Ermənistandan mina xəritələrini TƏLƏB ETDİ 23 İyun 2021, 11:47 Putin-Bayden görüşü MDB ölkələrində nəyi dəyişəcək... 23 İyun 2021, 11:45 Problemli kreditlərinin həcmi artıb 23 İyun 2021, 11:42 Gec olmadan peyvənd olunmalıyıq - Naqif Həmzəyev 23 İyun 2021, 11:40 Gənclərin inkluziv qanunvericiliyin təmin olunmasında rolu 23 İyun 2021, 11:36 “Nar” abunəçilərinin nəzərinə! 23 İyun 2021, 11:33 Daha bir şəhid övladı doğuldu - Vətən müharibəsindən sonra 100-cü uşaq - FOTO 23 İyun 2021, 11:28 Şahin Mustafayev Ağdamda iclas keçirir - FOTO 23 İyun 2021, 11:22 Space TV-nin Qarabağ müxbirləri: “Yaxınlığımıza düşən mərmilər son reportajımız ola bilərdi” - MÜSAHİBƏ+VİDEO 23 İyun 2021, 11:16 Putindən növbəti QARABAĞ AÇIQLAMASI: “Rusiyanın həlledici səyləri...” 23 İyun 2021, 11:10 Bakının sənədsiz evlər PROBLEMİ - Bu evlərə sənəd verilməyəcək 23 İyun 2021, 11:04 Zaqatala sakininin evindən civə tapıldı - FOTO 23 İyun 2021, 11:00 45 mindən artıq fermerə subsidiya ödənilib 23 İyun 2021, 10:56 “Bu məxluqdan xilas olmalıyıq” – Ermənistan müxalifəti 23 İyun 2021, 10:51 Əsirlərimizə işgəncə verən erməni hərbçilərinin məhkəməsi keçirilir 23 İyun 2021, 10:45 Kürdəmirdə qətl törədən şəxs tutuldu 23 İyun 2021, 10:39
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?