Arxiv
11 İyun 2021, 18:07 | AKTUAL
Səfərbərlik Xidməti hərbi hazırlıq rəhbərlərini niyə bir araya gətirdi?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən Təhsil Nazirliyi və Azərbaycan Gənclər Fondu ilə birlikdə təşkil edilmiş növbəti onlayn müzakirə Tovuz rayon orta təhsil müəssisələrinin çağırışaqədərki hazırlıq rəhbərlərinin iştirakı ilə keçirilib.


“Vətənpərvər Azərbaycan Gəncliyi” devizi altında “Zabit olmaq, hərbi vəzifə daşımaq gənclərimizin ən müqəddəs vəzifələrindəndir” mövzusunda keçirilmiş vebinar 15 İyun-Milli Qurtuluş Gününə həsr olunub.

SHXÇDX-nin idarə rəisi mayor Füzuli İsmayılov keçirilən tədbir barədə ətraflı məlumat verib. Qeyd edib ki, ümummilli lider Heydər Əliyevin 15 iyun 1993-cü ildə siyasi hakimiyyətə qayıdışı ilə respublikamız vətəndaş müharibəsindən xilas oldu, dövlətçiliyin məhv olması təhlükəsi aradan qaldırıldı. O, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi sahəsində görülmüş işlərə, milli qurtuluşdan tarixi zəfərədək keçilən yola diqqət çəkib.

Vebinarda Təhsil Nazirliyinin nümayəndəsi Əhliyyət Adıgözəlov təmsil etdiyi qurum tərəfindən çağırışaqədərki hazırlıq fənninin tədrisinin, həmçinin metodik vəsaitlərin günün tələblərinə uyğun hazırlanmasının daim xüsusi diqqətdə saxlanıldığını bildirib. Fənnin əhəmiyyətini, çağırışaqədərki hazırlıq işinə verilən önəmi, görülən işləri konkret faktlarla diqqətə çatdırıb. 

Azərbaycan Gənclər Fondunun nümayəndəsi Seymur Hüseynov gənclərin inkişafı istiqamətində həyata keçirilən layihələr barədə məlumat verib, müasir Azərbaycan gənclərinin cəmiyyətin bütün sahələrində fəallığı ilə fərqləndiyini qeyd edib.

Tədbirdə iştirak edən Tovuz rayon Bayramlı, Hunanlar kənd orta məktəblərinin çağırışaqədərki hazırlıq rəhbərləri  Məhəmməd Alıyev, Rəhim Məmmədov çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşüblər.

Tovuz rayon təhsil şöbəsinin müdiri Elmira Mürşidli çağırışaqədərki hazırlıq rəhbərləri ilə təşkil edilmiş görüşə görə minnətdarlıq edib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinin rəisi, mayor Ceyhun Əliyev gənclərin yüksək vətənpərvərlik ruhunda tərbiyəsi, şagirdlər arasında hərbi ixtisaslı mütəxəssis hazırlığının əhəmiyyəti haqqında aparılan işlərdən bəhs edib.

Diskussiya şəraitində keçən tədbirin sonunda suallar cavablandırılıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İşğaldan azad edilmiş bölgəyə ilk köç Kəlbəcərin timsalında GERÇƏKLƏŞİR 19 İyun 2021, 13:44 AKP-nin mətbuat katibi: “Şuşa türk dünyasının qəlbinin döyündüyü yerdir” 19 İyun 2021, 13:27 Pakistan azad edilmiş ərazilərin bərpasında iştirak edəcək 19 İyun 2021, 13:16 Ruhani yeni seçilən İran prezidentini təbrik edib 19 İyun 2021, 13:09 Ermənistanda burulğan öncəsi “sükut” – Paşinyan “Qarabağ klanı” ilə həlledici DÖYÜŞƏ ÇIXIR 19 İyun 2021, 12:57 Daha 2 qazi yüksək texnologiyalı protezlərlə təmin edib - FOTO 19 İyun 2021, 12:42 Avtomobil bazarında son vəziyyət necədir? 19 İyun 2021, 12:40 Əli Əsədov Füzuli, Laçın və Zəngilan aeroportları ilə bağlı QƏRAR VERDİ 19 İyun 2021, 12:34 Ceyhun Bayramov Antalyadan dünyaya SƏSLƏNDİ: “Qarabağ münaqişəsi başa çatıb” 19 İyun 2021, 12:16 Sabah Azərbaycanda 40 dərəcə isti olacaq 19 İyun 2021, 11:47 Azərbaycanada 1 tondan artıq hind quşu dərisi yararsız çıxıb 19 İyun 2021, 11:45 Azərbaycanda benzin istehsalı azalıb 19 İyun 2021, 11:27 Tarixdə şəxsiyyətlərin rolu və qısqanclıq sindromu 19 İyun 2021, 11:15 İcra başçısı abadlıq işləri ilə yerində tanış oldu 19 İyun 2021, 11:06 İranda prezident seçkilərinin ilkin nəticələri… 19 İyun 2021, 10:59 Bakı Təhsil İdarəsinin yeni sektor müdirləri - Adlar 19 İyun 2021, 10:46 Azərbaycan neftinin qiymətləri dəyişib 19 İyun 2021, 10:44 Şuşada 7 tondan artıq çətənə kolu məhv edilib  19 İyun 2021, 10:38 AMEA-da 6 yeni TƏYİNAT 19 İyun 2021, 10:36 Şirvanda tanışını qətlə yetirən şəxs tutulub 19 İyun 2021, 10:23 "Danışa bilmir" deyilən Əkrəm Əylislidən AÇIQLAMA 19 İyun 2021, 10:10 Azərbaycan-Türkiyə: Xarüqələr yaradan birlik 19 İyun 2021, 10:05 “Əlçatan metro” xidməti - Kim, necə İSTİFADƏ EDİR 19 İyun 2021, 10:03 Rusiya Azərbaycana aviareyslərin sayını artıracaq 19 İyun 2021, 09:50 Azərbaycanın ən çox mal satdığı ölkələr - STATİSTİKA 19 İyun 2021, 09:37 İranın yeni prezidenti MƏLUM OLDU 19 İyun 2021, 09:35 Mübariz İbrahimovun şəhadətindən 11 il ötür - TARİX 19 İyun 2021, 09:25 Rusiyada təyyarə qəzası: 7 ölü, 13 yaralı 19 İyun 2021, 09:14 Ceyhun Bayramov İraqın xarici işlər naziri ilə görüşüb 19 İyun 2021, 08:44 İngiltərə Şotlandiya ilə bacarmadı 19 İyun 2021, 00:59 Bakıda uşağı elektrik cərəyanı vurdu 19 İyun 2021, 00:44 Ceyhun Bayramov Qaqauziyanın rəhbəri ilə görüşdü 19 İyun 2021, 00:31 UEFA-nın tövsiyəsi fitə basıldı 19 İyun 2021, 00:15 Bu gün Bakıda avtobuslar işləməyəcək 19 İyun 2021, 00:01 Türkiyənin gəmi əleyhinə raketi sınaqdan keçirildi - VİDEO 18 İyun 2021, 23:48
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?