Arxiv
11 İyun 2021, 19:16 | HADİSƏ
Rusiyada törədilən qətllə bağlı qərarı Şəki məhkəməsi VERƏCƏK

31 yanvar 2019-cu ildə Rusiya Federasiyasının Arxangelsk vilayətinin Karqopol rayonu ərazisində Azərbaycan Respublikasının vətəndaşı Ruslan Hüseynovun sifarişlə qəsdən öldürülməsi faktı ilə bağlı Rusiyanın İstintaq Komitəsi tərəfindən başlanmış cinayət işi üzrə Varis Səmədov, Məhəmməd Lətifov və Şahin Qasımzadənin iştirakları müəyyən edildiyindən, ayrılmış cinayət işi Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməklə istintaqın davam etdirilməsi İstintaq idarəsinə həvalə edilib.

 

Baş Prokurorluqdan Modern.az-a verilən məlumata görə, Varis Səmədov yuxarıda qeyd edilən şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxs və onun yaxın qohumlarının şəxsi və ailə sirri olan foto və videoçəkilişlərini əldə edərək rüsvayedici məlumatlar yaymaq və şəxsiyyətləri üzərində zor göstərmək hədəsi ilə xüsusilə külli miqdarda əmlak tələb edib. Habelə sifarişlə və hədə-qorxu ilə tələb etmə ilə əlaqədar qəsdən adam öldürmə cinayətinin törədilməsi üçün qrup üzvlərinin qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini əldə etmələrinə təşkil və rəhbərlik etmiş, bundan başqa sifarişlə qəsdən adam öldürmə cinayətini törətməsi üçün həmin cinayətə görə Rusiyada məhkum olunmuş Ruslan Tarasovla sövdələşərək onu cinayətin törədilməsinə təhrik edib.

 

Cinayət işi üzrə Azərbaycan Respublikasının vətəndaşları Varis Səmədov, Məhəmməd Lətifov və Şahin Qasımzadə cinayətin törədilməsində iştiraklarına müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1 (cinayət qanununun Azərbaycan Respublikası ərazisindən kənarda törədilən cinayətlərə görə qüvvəsi), 32.4 (təhrikçi), 32.5 (köməkçi), 120.2.1 (qəsdən adam öldürmə), 182.4 ( hədə-qorxu ilə tələb etmə xüsusilə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.

 

Hazırda cinayət işi üzrə istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Şamaxıda zəlzələ oldu 21 İyun 2021, 00:59 Simonyanın uşaqları türkləri öldürməyə çağırdı - VİDEO 21 İyun 2021, 00:52 Bakıda piyadanı maşın vurub öldürdü 21 İyun 2021, 00:41 Köçəryanın bloku İrəvanda liderlik edir 21 İyun 2021, 00:27 Ermənistanda seçki pozuntuları barədə prokurorluqdan açıqlama 21 İyun 2021, 00:20 Zuber Bakıda Altıntopun rekordunu yenilədi 21 İyun 2021, 00:06 17 yaşlı qız məzun gecəsində bıçaqlandı 20 İyun 2021, 23:53 Batmaqda olan 11 nəfər xilas edildi 20 İyun 2021, 23:42 Ermənistanda seçkilərin ilkin nəticələri AÇIQLANDI 20 İyun 2021, 23:27 Türkiyədə daha 63 nəfər virusdan öldü 20 İyun 2021, 23:13 Formula 1 üzrə Fransa Qran Prisinin qalibi müəyyənləşdi 20 İyun 2021, 22:59 Paşinyanın partiyası liderlik edir - YENİLƏNİB 20 İyun 2021, 22:46 ABŞ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır 20 İyun 2021, 22:39 Şenol Günəşi istefaya çağırdılar 20 İyun 2021, 22:26 Teymur Rəcəbov səkkizinci oldu 20 İyun 2021, 22:10 Türkiyə millisi yenə uduzdu 20 İyun 2021, 21:55 Azərbaycan millisi Avropa çempionu oldu 20 İyun 2021, 21:48 Gəncədə piyadanı maşın vurdu 20 İyun 2021, 21:37 Bakıda yol qəzası - xəsarət alanlar var 20 İyun 2021, 21:21 Cüdoçularımız Avropa kubokunda 3 medal qazandı 20 İyun 2021, 21:04 "Ermənistan qonşularına ərazi iddialarını dayandırmalıdır" - Çavuşoğlu 20 İyun 2021, 20:50 Van Damm Azərbaycan milli rəqsini oynamağı öyrənir – VİDEO 20 İyun 2021, 20:34 Ermənistanda səsvermə başa çatıb 20 İyun 2021, 20:20 İsraildə Ermənistan əleyhinə aksiya keçirildi - FOTO 20 İyun 2021, 20:13 Bakıda Türkiyə-İsveçrə matçı başladı 20 İyun 2021, 20:01 Dövlət qulluğu və doktoranturaya bugünkü qəbul imtahanları başa çatdı 20 İyun 2021, 18:08 Kənd müəllimindən unikal addım - Təhsilsiz valideynlərə dərs keçəcək 20 İyun 2021, 17:58 FİFA prezidenti Bakıya gəlir 20 İyun 2021, 17:44 Tovuzda qəza: iki minik avtomobili toqquşdu 20 İyun 2021, 17:30 İranda təyyarə qəzası: ölənlər var 20 İyun 2021, 17:19 Bakıda mağaza yandı 20 İyun 2021, 17:08 XİN rəhbərindən sərhəd məsələsinin üçün YENİ TƏKLİF 20 İyun 2021, 16:59 Bakıdakı toz dumanı normadan beş dəfə çox artdı 20 İyun 2021, 16:51 Ceyhun Bayramov Şuşa Bəyannaməsindən danışdı: "Uzun illər danışılacaq" 20 İyun 2021, 16:43 Vaksinasiyadan keçənlərin bu günkü statistikası 20 İyun 2021, 16:30
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?