Modern.az

AVRO-2020-nin açılış mərasimi keçirildi - Türkiyə İtaliyaya qarşı

AVRO-2020-nin açılış mərasimi keçirildi - Türkiyə İtaliyaya qarşı

11 İyun 2021, 23:00

AVRO-2020-nin açılış mərasimi keçirilib.

 

Modern.az xəbər verir ki, Avropanın 11 şəhərində təşkil olunan qitə çempionatının açılışı İtaliyanın paytaxtı Romada baş tutub.

 

Bu mərasim Roma Olimpiya Stadionunda keçiriləcək Türkiyə - İtaliya matçından öncə təşkil olunub. İştirakçı ölkələrin bayraqları stadiona gətirilib. Ardınca bayraqların rənglərini təcəssüm edən şarlar havaya qalxıb.

 

Çempionat “We Are The People” mahnısının ifası ilə başlayıb.

 

16 minə yaxın tamaşaçının buraxıldığı stadiondakı tədbirdə Françesko Totti və Alessandro Nesta da iştirak edib.

 

Daha sonra Türkiyə-İtaliya oyunu ilə futbol üzrə 16-cı Avropa çempionatına start verilib.

 

A qrupunda yer alan bu komandaların qarşılaşmasını niderlandlı referi Danni Makkeli idarə edir.

 

Türkiyənin start heyətində Uğurcan Çakır, Zeki Çelik, Merih Demiral, Çağlar Söyüncü, Okay Yokuşlu, Ozan Tufan, Kenan Karaman, Hakan Çalhanoğlu, Yusuf Yazıcı, Umut Meraş və Burak Yılmaz yer alıb.

 

İtaliya millisinin start “11”də Canluici Donnarumma, Croco Kyellini, Leonardo Spinatsola, Manuel Lokatelli, Jorjinyo, Lorentso İnsinye, Domeniko Berardi, Çiro İmmobile, Nikola Barella, Leonardo Bonuççi, Alessandro Florentsi qərarlaşıb.

 

Qeyd edək ki, iyulun 11-dək davam edəcək çempionatın 4 oyunu Bakıda baş tutacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir