Modern.az

“İstədiyimiz qədər azarkeş yox idi” - Uels millisinin baş məşqçisi 

“İstədiyimiz qədər azarkeş yox idi” - Uels millisinin baş məşqçisi 

12 İyun 2021, 20:09

“Yaxşı başlamaq bizim üçün önəmli idi. Yüksək keyfiyyətə malik rəqibə qarşı oynayırdıq. Oyunumuzu daha da yaxşılaşdırmağa çalışacağıq”.

 

Modern.az xəbər verir ki, bunu Uels millisinin baş məşqçisi Rob Peyc AVRO-2020-nin qrup mərhələsində İsveçrə ilə keçirilən ilk görüşün ardından deyib.

 

Bakı Olimpiya Stadionunda keçirilən görüşdə britaniyalılar rəqiblə qollu heç-heçə edib – 1:1.

 

Matçdan sonra təşkil olunan mətbuat konfransında Peyc azsaylı azarkeşlərin onları çox gözəl dəstəklədiklərini söyləyib:

 

“İstədiyimiz qədər azarkeş yox idi. Amma himn oxunanda Uels azarkeşlərini eşidirdim. Qol vurduğumuz anda tribunadakı səslər möhtəşəm idi. Uelsli azarkeşlərin burada daha çox olmasını istərdik”.

 

Baş məşqçi iyunun 16-da Bakıda Türkiyəyə qarşı keçirəcəkləri növbəti görüşlə bağlı fikirlərini də bölüşüb:

 

“Hər oyunda qələbə qazanmağa çalışırıq. Fikrimcə, qrupdan çıxmaq üçün 4 xal kifayət edər. Heç bir komandadan çəkinmirik. Növbəti rəqib Türkiyənin oyun üslubuna uyğun heyəti quracağam. Onlar hörmətə layiq komandadırlar. Ancaq biz də çəkinmirik, məqsədimiz növbəti matçda Türkiyəyə qalib gəlməkdir”.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər