Modern.az

Rusiyada COVİD-19-a yoluxanların sayı sürətlə artır

Rusiyada COVİD-19-a yoluxanların sayı sürətlə artır

13 İyun 2021, 15:22

Rusiyada son sutka ərzində daha 14 723 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

 

Modern.az-ın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 5 208 687 nəfərə çatıb.

 

Son sutka ərzində 357 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 126 430 nəfərə çatıb.

 

Qeyd edək ki, bundan öncəki sutka Rusiyada 13 510 nəfər COVİD-19-a yoluxmuşdu.

 

Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan, Brazilya, Fransa və Türkiyədən sonra altıncı yerdə gəlir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür