Modern.az

Bu pişiyə AVRO-2020-nin azarkeşi pasportu verildi

Bu pişiyə AVRO-2020-nin azarkeşi pasportu verildi

13 İyun 2021, 23:58

Ermitajda yaşayan Axill adlı pişiyə AVRO-2020-nin azarkeşi pasportu (Fan ID) təqdim olunub.

 

Modern.az TASS-a istinadla xəbər verir ki, onun artıq turnirin iki oyununun nəticələrini düzgün proqnozlaşdırdığı bildirilib. Pişik İtaliya və Belçika yığmalarının qalib gələcəklərini əvvəlcədən proqnozlaşdırıb.

 

Bir qayda olaraq, oyundan öncə pişiyin qarşısına içərisində yem olan iki qab, hər qabın yanında isə oyun iştirakçısı olan yığmanın dövlət bayrağı qoyulur. Pişik qarşılaşmada qalib olacaq tərəfin bayrağı olan qaba doğru gedərək, məhz həmin qabdan yeməyə başlayır. 

 

Qeyd edək ki, anadangəlmə kar olan Axillin öncəgörənliyi 2017-ci ildə keçirilən Konfederasiyalar Kuboku zamanı üzə çıxıb. Pişik turnirin dörd matçından üçünün, o cümlədən də final qarşılaşmasının nəticələrini doğru təxmin edib.

 

2018-ci ildəki Dünya Çempionatı zamanı da Axillin ilk dörd proqnozu düzgün olub. Lakin sonrakı dörd cəhdi uğursuz alınıb. Buna baxmayaraq, pişik AVRO-2020 matçları üçün də əsas “ekspertlərdən” biri kimi seçilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır