Modern.az

Feldşer xanımın Ramin Bayramlıdan istəyi - VİDEO

Feldşer xanımın Ramin Bayramlıdan istəyi - VİDEO

Aktual

14 İyun 2021, 10:05

TƏBİB bir neçə müddət əvvəl müxtəlif sosial şəbəkə hesablarında paylaşılan videosu ilə marağa səbəb olan Tərtər rayon Təcili Tibbi Yardımın feldşeri Sevda Qaçayevanı sevindirib.

 

Modern.az-ın məlumatına görə, bu barədə məlumatı qurumun mətbuat katibi Elnarə Baxışova ictimailəşdirib.

 

E.Baxışova qeyd edib ki, videobloger Bayram Hacıyevin çəkdiyi görüntülərdə Sevda Qaçayeva öz səmimiyyəti ilə sosial şəbəkə istifadəçilərinin rəğbətini qazanıb:

 

“Videobloger TƏBİB rəhbəri Ramin Bayramlıdan feldşer xanımın təltif olunmasını xahiş edib. Sosial şəbəkə istifadəçiləri də bu xoşniyyətli çağırışa qatılıb”.

 

Qurum rəsmisi deyib ki, TƏBİB rəhbərliyi müraciətləri cavabsız qoymayıb:

 

“Sevda Qaçayevanın tibb sahəsindəki gərgin zəhməti və əməyi nəzərə alınaraq ona “Fəxri Fərman” verilib”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır