Modern.az

AŞ PA məruzəçisi Azərbaycana gəlməyi planlaşdırır

AŞ PA məruzəçisi Azərbaycana gəlməyi planlaşdırır

Aktual

14 İyun 2021, 14:00

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) məruzəçisi Pol Qavan yayda Azərbaycana səfər etməyi planlaşdırır.

 

Modern.az xəbər verir ki, bu barədə AŞ PA-nın rəsmi saytı məlumat yayıb.

 

Qeyd olunur ki, səfər P.Qavanın "Ermənistanla Azərbaycan arasında münaqişənin humanitar fəsadları" adlı məruzəsinin başa çatması üçün planlaşdırılır.

 

Eyni zamanda P.Qavan Ağdam rayonunun mina xəritələri müqabilində Azərbaycan tərəfindən 15 erməninin təhvil verilməsini alqışlayıb.

 

O bildirib ki, Qarabağ münaqişəsinin humanitar fəsadlarının azaldılması üçün addımlar atmaq vacibdir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir