Modern.az

Səhiyyə Nazirliyi hara baxır? - Pediatrdan həyəcanlı ÇAĞIRIŞ

Səhiyyə Nazirliyi hara baxır? - Pediatrdan həyəcanlı ÇAĞIRIŞ

14 İyun 2021, 15:49

“Hələ də süni qidanın adını yazıb yeni doğum edən ananın əlinə verirlər. Yenidoğum edənin, 6-7 aylıq uşağın anasına yox””.

 

Modern.az xəbər verir ki, bunu pediatr Aytən İsmayılzadə sosial şəbəkə hesabında ictimailəşdirib.

 

A.İsmayılzadə bəzi həmkarlarını vicdansızlıqda ittiham edib:

 

“Bu qədər də vicdansızlıq olmaz. Smesi soxmusunuzz doğum evinə, pul alırsız rüşvət alırsız, cəhənnəmə ki. Heç olmasa kağıza yazıb verməyin. 40 günlük uşaq həm süni qida, həm ana südünə görə 2 kiloqram 400 qram çəki alıb. Niyə broyler toyuq olmalıdı ki?... Nədi - nədi doğum evində yazib veriblər əlinə, orada da veriblər uşağa, ana da evdə davam edir. Əlbəttə kəsdik smesi. Amma siz də bir vicdan olsun da bunu yazan həkimlər. Az dilənçilik edin. Səhiyyə Nazirliyi, kim baxır sizdə bu işə?!”

 

Bu paylaşımla özünə düşmən qazandığını deyən həkim, səlahiyyətliləri tədbir görməyə çağırıb:

 

“Paylaşdım, ictimailəşdirdim, düşmən qazanıram özümə. Siz də bir tədbir görün. Siz də bir bu işə baxın. Qanunsuzluq öz yerində, vicdansızlıq da öz yerində”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi