Modern.az

YAP Gəncə şəhər təşkilatı Qurtuluş gününü qeyd edib

YAP Gəncə şəhər təşkilatı Qurtuluş gününü qeyd edib

14 İyun 2021, 16:16

 

Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatında, 15 iyun Milli Qurtuluş Gününə həsr olunan konfrans keçirilib.

 

Modern.az xəbər nverir ki, konfransı giriş sözü ilə açan YAP Gəncə şəhər Təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev xalqımızın tarixinə qızıl hərflərlə yazılan Milli Qurtuluşun ictimai,siyasi və  tarixi əhəmiyyətindən danışıb.

 

Qeyd edib ki, 1991-ci ildə SSRİ dağılandan sonra Azərbaycan müstəqillik qazansa da, erməni təcavüzü, iqtisadi böhran və o zaman iqtidarda olan qeyri-peşəkar insanların yarıtmaz idarəçiliyi, müstəqilliyimizin itirilməsi təhlükəsi yaratmışdır. Və xalq bu təhlükəni hiss edərək öz xilaskarına Heydər Əliyevə üz tutdu. Xalqın təkidi ilə Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıdaraq Azərbaycanı böyük bəladan xilas etdiyini bildirib.

 

Konfransada iştirak edən digər natiqlər, ziyalılar, tarixçilər və partiya fəlları, eləcə də konfransa onlayn qoşulan yüzlərlə gənc və siyasi həmfikirlər, Milli Qurtuluş Gününün Azərbaycanın varlığındakı əhəmiyyətindən söz açaraq, məhz Heydər Əliyev dühasının, onun uzaqgörənliyinin sayəsində, dağılmaq dəhlükəsi olan bir dövləti möhkəmləndirmək inkişaf etdirmək, həm siyasi, həm iqtisadi baxımdan  regionun söz sahibi olan dövlətlərindən birinə çevirməyin mümkün ola biləcəyini bildiriblər. Qeyd edək ki  1993-cü il iyunun 9-da xalqın təkidi ilə Bakıya gələn Ulu Öndər Heydər Əliyev iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilir. Bununlada  Azərbaycanda 15 iyun tarixi Milli Qurtuluş Günü kimi qeyd edilir.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir