Modern.az

Azərbaycan beynəlxalq alımdə qalib ölkə kimi tanınır

Azərbaycan beynəlxalq alımdə qalib ölkə kimi tanınır

Aktual

15 İyun 2021, 13:20

Müzəffər Ali Baş Komandanımız cənab Prezident İlham Əliyevin müdrik, uzaqgörən siyasəti, vaxtında atdığı addımlar, gördüyü tədbirlər nəticəsində və Rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin qəhrəmanlığı və cəsurluğu sayəsində biz, bu il 15 İyun - Milli Qurtuluş Gününü artıq qalib ölkə kimi qeyd edir və bundan fəxarət hissi keçiririk.

 

Azərbaycanımızın şanlı tarixinə qızıl hərflərlə yazılmış Milli Qurtuluş Günü, sözün həqiqi mənasında Azərbaycan xalqının qurtuluşu, ölkəmizin müstəqilliyinin qorunub saxlandığı gündür. Belə ki, hərc-mərclik və özbaşınalığın hökm sürdüyü 1991-1993-cü illərdə Azərbaycan öz müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Səbəb isə həmin dövrdə ölkəyə rəhbərlik edən və liderlik qabiliyyətindən tamamilə uzaq olan şəxslərin səriştəsizliyi, siyasi hadisələri düzgün qiymətləndirməməsi və çıxış yolu tapmağa qadir olmaması idi.

 

Ölkənin bu xaosdan qurtuluşunu Heydər Əliyevdə görən Azərbaycan xalqı Ulu Öndəri hakimiyyətə gətirdi və 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi.

 

“Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”, - söyləyən Ulu Öndər öz xilaskarlıq missiyası ilə müstəqilliyimizi qorudu. 1993-cü il oktyabrın 3-də isə Ümummilli Lider Heydər Əliyev qədirbilən Azərbaycan xalqı tərəfindən ölkə Prezidenti seçildi. Bununla da ölkədəki ictimai-siyasi gərginlik aradan qaldırıldı, ölkənin iqtisadi, siyasi və mədəni tərəqqisinə nail olundu.

 

Dahi Şəxsiyyət Heydər Əliyevin əsasını qoyduğu çoxşaxəli siyasət, bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir və Azərbaycan beynəlxalq alımdə nüfuzlu, demokratik və qalib ölkə kimi tanınır.

 

Dəyərli dostlar, Azərbaycanın xilaskarı Ümummilli Liderin sayəsində hər il qeyd etdiyimiz 15 İyun - Milli Qurtuluş Günü münasibəti ilə hər birinizi təbrik edir, qalib ölkənin vətəndaşları olaraq Sizə yeni-yeni nailiyyətlər arzu edirəm. Bayramımız mübarək!

 

Jalə Əhmədova

Milli Məclisin deputatı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür