Arxiv
16 İyun 2021, 16:54 | AKTUAL
Kamal Abdullanın “Unutmağa kimsə yox” romanı Almaniyada çap olunub

Xalq yazıçısı Kamal Abdullanın “Unutmağa kimsə yox” romanı Almaniyada nəşr olunub. Bu barədə kitabın redaktoru və ön sözünün müəllifi Orxan Aras məlumat verib. O, bildirib ki, indiyədək Almaniyada Kamal Abdullanın “Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi” romanları türkoloq K.Hermann tərəfindən alman dilinə tərcümə edilərək Pem-Epubli nəşriyyatında işıq üzü görüb. 

 

Orxan Aras ön sözdə kitabın almanca təqdimatı üçün bunları yazıb: “Unutmağa kimsə yox” Azərbaycanın tanınmış yazıçısı Kamal Abdullanın 2011-ci ildə nəşr olunan və postmodern yanaşma ilə qələmə aldığı romandır. Əsər müstəqil bir roman kimi qəbul edilsə də, əvvəllər dərc olunmuş “Yarımçıq əlyazma” və “Sehrbazlar dərəsi” romanları ilə  bir zəncir halqası kimi bağlıdır. Yazıçının mifoloji konsepsiyalardan və nağıl elementlərindən - Qarağac, Çiçəkli yazı, Vəng dağı, İşıq saçan daş kimi fantastik məkan və elementlərdən istifadə etməsi romanı bənzərsiz edir. Alman oxucular bu romanla birlikdə fərqli məkanlar, fərqli zamanlar içində yaşayan dəyişik bir dünyanın qapısından içəri addım atacaqlar. Kamal Abdulla özünəməxsus üslubu, canlı təsvirləri və tarixə fərqli bir pəncərədən baxışı ilə dünya ədəbiyyatında xüsusi yer tutur. Şübhə etmirəm ki, alman oxucuları bu fərqi tez bir zamanda görəcək və Kamal Abdullanın əsrarəngiz dünyasına maraqla baxacaqlar”. 

 

Kitabın rəssamı Soltan Soltanlıdır. Kitab dünyanın ən böyük veb saytlarında, xüsusən  “Amazon“da satışa təqdim olunur. 

 

https://www.epubli.de/shop/buch/Es-Gibt-Niemanden-Zu-Vergessen-Kamal-Abdulla-9783754132319/114946 

 

https://www.amazon.de/dp/3754132318/ref=olp_aod_redir_impl1/262-1895173-0084607?_encoding=UTF8&aod=1 

 

https://www.thalia.de/shop/home/artikeldetails/ID152128578.html

 

https://www.hugendubel.de/de/buch_kartoniert/kamal_abdulla-es_gibt_niemanden_zu_vergessen-41068393-produkt-details.html?searchString=9783754132319 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Rusiyalı sərhədçilər Zəngəzura yerləşdirilib 3 Avqust 2021, 23:40 “Neftçi” Avroliqada ilk matçını qazana bilmədi 3 Avqust 2021, 23:06 FHN-in qrupu Denizlidə yanğınları söndürür 3 Avqust 2021, 22:41 Nazirlik rəsmisi yanğınla bağlı çağırış etdi 3 Avqust 2021, 22:15 Pentaqonda atışma: 1 nəfər öldü 3 Avqust 2021, 22:03 Gəncədə avtomobil yolun kənarında dayanan piyadaları vurdu 3 Avqust 2021, 21:42 Diaspor nümayəndələri qaziləri ziyarət edib - FOTO 3 Avqust 2021, 21:25 Ən populyar smartfon istehsalçıları məlum oldu 3 Avqust 2021, 21:01 FHN-nin qüvvələri Türkiyədə yanğınlarla mübarizə aparır - FOTOLAR 3 Avqust 2021, 20:37 Peyvənd olunanların sayı açıqlandı 3 Avqust 2021, 20:28 Azərbaycanda sutkalıq yoluxma minə YAXINLAŞIR 3 Avqust 2021, 20:19 Daha 3 hərbçinin qalıqları Ermənistana TƏHVİL VERİLDİ 3 Avqust 2021, 20:15 İranın Ermənistandakı səfiri Kəlbəcərlə sərhədə gəldi 3 Avqust 2021, 19:57 Türkiyədə 8 yanğın ocağı qalıb 3 Avqust 2021, 19:36 32 naməlum şəhid məzarının açılmasına qərar verildi - RƏSMİ 3 Avqust 2021, 19:11 Eldəniz Səlimov həbs olundu - VİDEO (YENİLƏNİB) 3 Avqust 2021, 19:02 DİN-dən öldürülən qadınla bağlı iddialara cavab 3 Avqust 2021, 18:53 Lənkəranda yanğın - FHN helikopter göndərdi 3 Avqust 2021, 18:42 Dünya azərbaycanlılarının Türkiyəyə həmrəylik nümayişi   3 Avqust 2021, 18:28 Qoşunlarda yay tədris dövrü başladı 3 Avqust 2021, 18:26 FHN-dən hava ilə bağlı əhaliyə müraciət 3 Avqust 2021, 18:11 MAXE olmaq istəyənlər imtahan verir - VİDEO 3 Avqust 2021, 18:00 “Azərbaycan sağ olsun, helikopter göndərdi” - Çavuşoğlu 3 Avqust 2021, 17:56 MOİK təmsilçisi Olimpiya medalı qazandı 3 Avqust 2021, 17:52 Rusiya yeni hipersəsli raket hazırlayır 3 Avqust 2021, 17:46 Vilayət Eyvazov iki polis rəisini işdən çıxardı 3 Avqust 2021, 17:40 Müstəqil Azərbaycan dövləti bu gün ən yüksək zirvədədir 3 Avqust 2021, 17:34 İşgəncələrə məruz qalan qadın qətlə yetirildi 3 Avqust 2021, 17:28 Yardımlıdakı yanğın hələ də davam edir - VİDEO 3 Avqust 2021, 17:22 Ərdoğan İlham Əliyevə təşəkkür etdi    3 Avqust 2021, 17:16 Manatın məzənnəsi sabit qaldı 3 Avqust 2021, 17:10 Mübariz İbrahimov küçəsi təmir olundu - FOTOLAR 3 Avqust 2021, 17:04 Azərbaycanlı idmançı Tokio-2020nin finalında 3 Avqust 2021, 16:58 “Twitter”dəki yenilik ləğv edildi 3 Avqust 2021, 16:52 Türkiyədə olan qüvvələrimizin fəaliyyəti yüksək qiymətləndirilir - FOTO 3 Avqust 2021, 16:46