Modern.az

Hərbçilərimiz “Anadolu Qartalı - 2021” təlimində iştirak edəcək

Hərbçilərimiz “Anadolu Qartalı - 2021” təlimində iştirak edəcək

17 İyun 2021, 18:34

Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) uçuş və texniki heyəti, həmçinin aviasiya vasitələri “Anadolu Qartalı - 2021” birgə taktiki-uçuş təlimində iştirak etmək üçün Türkiyənin Konya şəhərinə yola düşüb.

 

Müdafiə Nazirliyindən Modern.az-a bildirilib ki, iyunun 21-də başlayacaq təlimlərdə Azərbaycan HHQ-nin 2 ədəd MiQ-29 qırıcı və 2 ədəd Su-25 hücum təyyarəsi iştirak edəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi