Arxiv
17 İyun 2021, 19:27 | AKTUAL
Deputata Baş Prokurorluqda vəzifə verildi

Azərbaycan Respublikası Prokurorluğunun başlıca fəaliyyət istiqamətlərindən olan ölkəmizin hüquq ictimaiyyəti, aparıcı elm və təhsil müəssisələri, hüquq mühafizə orqanları akademiyaları ilə əməkdaşlıq əlaqələrinin daha da inkişafına töhfə verən Azərbaycan Respublikasının Baş prokuroru yanında Elmi-Məsləhət Şurasının növbəti iclası keçirilib.

 

Bu barədə Modern.az-a Baş Prokurorluqdan məlumat verilib.

 

Bildirilib ki, şuranın iclasında Azərbaycan Prezidenti Administrasiyası, Milli Məclis, Konstitusiya Məhkəməsi, Ali Məhkəmə, Bakı Dövlət Universiteti, Dövlət İdarəçilik, “ADA”, Milli aviasiya akademiyaları, eləcə də digər dövlət orqanları, ali təhsil müəssisələri, Ədliyyə, Polis, Dövlət Təhlükəsizliyi Xidməti, Gömrük akademiyaları, eləcə də İqtisadiyyat nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin nümayəndələri iştirak ediblər.

 

Elmi-Məsləhət Şurasının iclasını açan Baş prokuror Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əlievin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən bərpa və yenidənqurma prosesləri, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi və bu mühüm sənədin ölkəmiz və bütövlükdə regionumuz üçün əhəmiyyəti, Ermənistan tərəfindən beynəlxalq humanitar hüququnu pozulması, məqsədli şəkildə və geniş miqyasda həm hərbi, həm də mülki şəxslərin həyatına və təhlükəsizliyinə ciddi təhdid yaradan minaların basdırılması məsələsinin davamlı şəkildə beynəlxalq müstəvidə qaldırılması istiqamətində görülən işlər, eləcə də mühüm əhəmiyyət kəsb edən digər məsələlər barədə məlumat vermişdir.

 

Daha sonra Şuranın iclasında Elmi-Məsləhət Şurasının Anti-korrupsiya Təlim Mərkəzi təsis edilmiş, Şura üzvü, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov Elmi-Məsləhət Şurasının Anti-korrupsiya Təlim Mərkəzinin rəhbəri təyin edilmişdir.

 

Təlim Mərkəzi prokurorluq, digər hüquq-mühafizə orqanları əməkdaşları, dövlət qulluqçuları, özəl sektorda çalışan şəxslər, tələbələr üçün korrupsiyaya qarşı mübarizə, dövlət qulluğu və özəl sektorda dürüstlük, etik dilemmalar, onların həlli yolları, düzgün davranış və s. məsələlərlə bağlı qısa və uzun müddətli təlim, treninqlərin təqdim edilməsi yolu ilə tədris və peşə hazırlığının həyata keçirilməsi məqsədilə yaradılmışdır.

 

İclasda “Korrupsiyaya qarşı mübarizəyə dair təlim vəsaiti” (Anti-corruption Training Handbook) və “Dövlət qulluğunda etik təlimə dair vəsait: konsepsiya və təriflər, etik dəyərlər və davranış standartları” (Ethics in Public Service Training Handbook: Concepts and definitions, ethics, values and conduct standards) adlı kitabların təqdimatı keçirilmişdir.

 

Tədbirdə Hərbi Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin rəisi Emil Kərimov tərəfindən müəllifi olduğu “Odlu silahdan istifadə edilməklə törədilən cinayətlər üzrə hadisə yerinə və meyitə baxış keçirilməsinə dair metodik tövsiyə” adlı vəsaitin də təqdimatı keçirilmişdir.

 

İclas çərçivəsində Baş prokurorun böyük köməkçisi Mahir Abbasov tərəfindən 2000-2020-ci illər ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə istintaqı aparılmış cinayət işləri və araşdırma materialları üzrə tədqiqatın nəticələri təqdim edilmiş, istintaq və məhkəmə təcrübəsinə aid statistik göstəricilər və bununla bağlı təhlillər Şura üzvlərinin diqqətinə çatdırılmışdır.
Həmçinin, Avropa Şurasının Bakı Ofisinin rəhbəri – səfir Zoltan Hernyeş tədbirə dəvət edilərək qonaq qismində iştirak etmişdir.
Tədbirdə Şura üzvləri arasında geniş müzakirələr və faydalı fikir mübadiləsi aparılmışdır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Nar Wi-Fi” ilə sən harada, internet orada! 30 İyul 2021, 17:38 Türkiyə yanğınların söndürülməsinə “Bayraktar”ları CƏLB ETDİ 30 İyul 2021, 17:33 Vətən müharibəsi qazisi ziyarət olundu 30 İyul 2021, 17:30 Eldəniz Səlimovu 8 ilədək həbs gözləyir 30 İyul 2021, 17:26 Türkiyədə yanğınların səbəbini araşdıracaq xüsusi dəstə yaradıldı 30 İyul 2021, 17:20 Türkiyədə meşə yanğınları: “Təxribat ehtimalının olmadığını düşünürük” 30 İyul 2021, 17:15 Polisi döyən deputata cinayət işi AÇILDI 30 İyul 2021, 17:12 Masallıda avtoxuliqanlıq edən şəxs həbs edildi - FOTO 30 İyul 2021, 17:06 İstanbulda meşə sahələrinə giriş qadağan edildi 30 İyul 2021, 17:00 Lənkəranda itkin düşən taksi sürücüsünün meyiti tapıldı 30 İyul 2021, 16:55 Şuşanın Baş planının detalları AÇIQLANDI 30 İyul 2021, 16:50 Ağdamın Şuraabad kəndi - VİDEO   30 İyul 2021, 16:44 Komitə sədri səfirlə görüşdü - FOTO 30 İyul 2021, 16:38 Maliyyə Nazirliyi əsassız ödənişlər AŞKARLADI 30 İyul 2021, 16:33 Jurnalistlərin deputatlara dəhlizdə yaxınlaşması QADAĞAN OLUNACAQ 30 İyul 2021, 16:27 TƏBİB rəsmisi xəstəxanaların fəaliyyətini TƏNQİD ETDİ 30 İyul 2021, 16:23 Peyvənd olunanların sayı açıqlandı 30 İyul 2021, 16:19 Yoluxma yenidən artdı - 3 nəfər vəfat etdi 30 İyul 2021, 16:16 Türkiyədə 71 yanğından 57-si artıq nəzarət altına alınıb - Ərdoğan 30 İyul 2021, 16:13 Polis “Kubinka” və “Şamaxinka”da əməliyyat keçirdi - saxlanılanlar var 30 İyul 2021, 16:10 Vətən müharibəsinin 1 053 qazisinə əlillik təyin edilib 30 İyul 2021, 16:06 Ərdoğan: “Azərbaycandan yanğınsöndürən təyyarə göndəriləcək” 30 İyul 2021, 16:03 Konfutsi İnstitutunda Azərbaycan Silahlı Qüvvələrinin ildönümü qeyd edilib 30 İyul 2021, 15:58 Paşinyanla diaspor erməniləri arasında UÇURUM: İstefa dalğası başladı 30 İyul 2021, 15:53 Taleh Tahirli: “Məsafədən satış potensialımızla çox iddialıyıq” 30 İyul 2021, 15:50 Şuşada 2040-cı ilə qədər 25 min nəfər yaşaya biləcək 30 İyul 2021, 15:47 Avtobus yolu keçən piyadanı VURDU 30 İyul 2021, 15:43 “YAŞAT”a toplanan vəsait 39 milyon manatı ötdü 30 İyul 2021, 15:41 Xəzərdə batan var - Axtarış aparılır 30 İyul 2021, 15:40 Vüqar Səfərlinin məhkəməsi təxirə salındı 30 İyul 2021, 15:36 Xaçmazda əhalinin 33 faizinə peyvənd vurulub 30 İyul 2021, 15:36 Şuşanın ərazi planlaşdırma layihəsi jurnalistlərə təqdim olundu 30 İyul 2021, 15:34 "124 milyondan çox insan yoxsulluq səviyyəsinə düşüb" - Quterreş 30 İyul 2021, 15:29 Dünyanı nüvə başlığı ilə qorxudan ölkələr – YENİ SİYAHI 30 İyul 2021, 15:26 Türkiyə səfiri Azərbaycana təşəkkür etdi 30 İyul 2021, 15:20