Arxiv
18 İyun 2021, 11:51 | DÜNYA
NATO da Çini hədəf seçdi

“Böyük yeddilər”ə daxil olan ölkələrin liderləri Böyük Britaniyadakı son toplantısında iki hədəf göstərdilər - Rusiya və Çin.

Modern.az-ın məlumatına görə, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib.

 
O deyib ki, “Böyük yeddilər”ə daxil olan ölkə liderlərin bir qismi daha sonra NATO-nun topantısına qatılmaq üçün Brüsseldə yığlşdılar və bəlli oldu ki, bu təşkilatın hədəfləri də eynidir.


“NATO-nin Brüsseldə qəbul etdiyi yekun bəyanatda Rusiya “Avropa təhlükəsizliyi üçün təhdiddir” kimi, Çin isə “dünya nizamı üçün sistemli təhlükədir” kimi dəyərləndirildi. Halbuki, NATO-nun 18 ay əvvəl keçirilən sammitində Çini sadəcə “böyüyən güc” kimi qiymətləndirilmişdi. Bu o deməkdir ki, Çinin 18 ayda keçdiyi yol Qərbi ciddi narahat etməyə başlayıb”.


Ekspertin sözlərinə görə, NATO-nun son strateji planı 2010-cu ildə tərtib olunub. Həmin planda Rusiya tərəfdaş kimi adlandırılarkən, Çin barədə bir kəlmə də yox idi.

“Demək 11 ildə dünya çox dəyişib və təhdidlər artıb. Məsələ burasındadır ki, Rusiya 11 ilin içərisində Krımı ilhaq edib, Donbasda separatçı bölgə yaradıb, başqa ABŞ olmaqla bır sıra Qərb ölkələrindəki seçimlərdə kiberhücumlar həyata keçirib, xaricdəki keçmiş rusiyalı xəfiyyələr müəammalı şəkildə qətlə yetiriliblər və s. Çin də son 11 ildə az yol qət etməyib, iqtisadiyyatı böyüyüb, hərbi imkanları artıb, ətrafındakı əraziləri genişləndirməyə qərar verib və s. ABŞ-la NATO-nun başı Əfqanıstanda qayda-qanun yaratmağa qarışarkən Çin sakitcə irəriləyib. Hazırda ABŞ və NATO Əfqanıstanı tərk etməyə hazırlaşırlar. Odur ki, başqa təhdidlərlə mübarizəyə daha çox vaxt ayrılacaq”.


E.Şahinoğlunun fikrincə, Qərb mətbuatı Rusiyadan yazarkən son bir neçə ildə Çinə də diqqəti artırıb.

“Çünki Çinin artan ambisisiyaları Qərbi narahat etməyə başlayıb. Çin həm nüvə gücünü, həm də Sakit okean hövzəsində gücünü artırır. Bundan başqa Çinin Rusiya ilə ittifaqı gücləndirməsi də Qərbdə ciddi suallar doğurur. İki ölkə tarixlərində ilk dəfə olaraq birgə hərbi təlimlər keçirməyə başladılar. Vaşinqton və Brüssel Çin-Rusiya birliyini pozmaq üçün müxtəlif ssenarilər üzərində düşünür. Elə ABŞ prezidenti Co Baydenin Cenevrədə rusiyalı həmkarı Vladimir Putinlə görüşərək müzakirə aparmasının məqsədlərindən biri də məhz bu idi. Bayden Putini xəbərdar edib ki, bir gün Çin artan iştahası Rusiyanın da başına bəla olacaq.

Beləliklə, Qərb Rusiya-Çin ittifaqını anti-demokratik blokun başlıca qüvvəsi hesab edir. NATO Avropa təhlükəsizliyinin təminatçısı rolunda çıxış etsə də, Çinin Asiya bölgəsində artan rolunu və oradan nüfuzunu genişləndirməyə başlamasına seyrçi qala bilməz”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Nazir Ermənistanı təxribatlardan əl çəkməyə çağırdı 28 İyul 2021, 15:22 Azərbaycan, Ermənistan və Rusiya liderlərinin növbəti görüşü GÖZLƏNİLİR 28 İyul 2021, 15:05 Bədii tərcümənin cahangiri - Vladimir Qafarov 28 İyul 2021, 15:00 Azərbaycanda yaşayan əcnəbilər bu ölkələrdən gəlib 28 İyul 2021, 14:48 Şəmkirdə 15 yaşlı oğlan itkin düşüb 28 İyul 2021, 14:44 “Bu kitabı oxuyandan sonra Azərbaycana marağım artdı” - Səfirlə SÖHBƏT 28 İyul 2021, 14:38 SOCAR-ın idarə rəisi işdən çıxarıldı 28 İyul 2021, 14:34 Ölkəmizə gələn əcnəbilərin sayı azalıb 28 İyul 2021, 14:30 Atışmada yaralanan erməni hərbçilərin sayı 5-ə ÇATDI 28 İyul 2021, 14:25 3 saylı "ASAN kommunal" mərkəzinin açılışı oldu 28 İyul 2021, 14:20 Bakıda iki uşaq anası “patı”dan öldü 28 İyul 2021, 14:15 Sosial şəbəkələrdə narkotiki təbliğ edən “TikTok”erlər TUTULDU 28 İyul 2021, 14:10 Bugünkü imtahanda 10 nəfər zaldan QOVULDU 28 İyul 2021, 14:04 Ceyhun Bayramov: "Spikerlərin görüşü tarixi hadisədir" 28 İyul 2021, 13:58 “COVID-19” pasportu olmayan 378 nəfər toylara buraxılmadı 28 İyul 2021, 13:54 Qonşu ölkədə daha 303 nəfər virusdan öldü 28 İyul 2021, 13:50 Baş Prokurorluqda AŞPA nümayəndələri ilə görüş 28 İyul 2021, 13:44 Karantini heçə sayan restoran sahibinə cinayət işi açıldı 28 İyul 2021, 13:38 Mədət Quliyev nazir müavini ilə danışıqlar apardı 28 İyul 2021, 13:32 Erməni casuslara 15 il iş KƏSİLDİ 28 İyul 2021, 13:28 Güc üçlükdədir: Dünyaya birlik və qardaşlıq dərsi   28 İyul 2021, 13:22 Narkotik satanlara qarşı növbəti əməliyyat   28 İyul 2021, 13:16 25 gündə yol qəzalarında 60 nəfər ölüb 28 İyul 2021, 13:10 Erməni hərbçilər qəzaya düşdü: Yaralılar var 28 İyul 2021, 13:04 Ermənistan Müdafiə Nazirliyinin daha bir yalanı ÜZƏ ÇIXDI 28 İyul 2021, 12:58 Qanunsuz ov edənlər cəzalandırıldı 28 İyul 2021, 12:53 Leysan yağacaq, dolu düşəcək - Sabahın havası 28 İyul 2021, 12:48 BDU-dakı bıçaqlanmanın səbəbi bilindi - Yeni FAKTLAR 28 İyul 2021, 12:43 Qarabağdakı ermənilərə xüsusi status verilməməsinin 10 SƏBƏBİ 28 İyul 2021, 12:38 Türkiyə bu ölkələrin TÜRKPA-ya daxil olmasını istəyir - EKSKLÜZİV 28 İyul 2021, 12:33 Ombudsman sərhəddə baş verənlərdən narahatdır 28 İyul 2021, 12:28 Oğurluq üstündə tutuldular - narkotik alverçiləri olduqları üzə çıxdı 28 İyul 2021, 12:22 Göyçayda toy qaydalarını pozanlar CƏRİMƏLƏNDİ 28 İyul 2021, 12:16 Düşmən itkilərini elan etdi: Ölən hərbçilərin ADLARI 28 İyul 2021, 12:10 Diaspor nümayəndələri Cıdır düzündə - FOTOLAR 28 İyul 2021, 12:04