Modern.az

Bayden 13 yaşlı itinin ölümü ilə bağlı açıqlama verdi - FOTOLAR

Bayden 13 yaşlı itinin ölümü ilə bağlı açıqlama verdi - FOTOLAR

Dünya

20 İyun 2021, 08:58

ABŞ Prezidenti Co Bayden və birinci xanım Jill Bayden şənbə günü alman cinsindən olan iki itdən biri - “Champ”ın öldüyünü bildiriblər.

 

Modern.az xəbər verir ki, Ağ Ev bu barədə cütlüyün yazılı açıqlamasını yayıb.

 

"Bu gün hamımızın sevdiyi, Alman cinsindən olan “Champ”ın ölümünü ürəkli ağrısı ilə qeyd edirik. Onun evdə dinc şəkildə öldüyünü bildiririk. Son 13 ildə bizim daimi, sevimli dostumuz idi və bütün Bayden ailəsi ona hörmət edirdi” - açıqlamada vurğulanıb.

 

Qeyd edək ki, “Champ” 2008-ci il prezident seçkilərində Barak Obamanın qələbəsindən sonra Bayden ailəsinə gətirilib.

 

“Champ”ın müxtəlif vaxtlarda Ağ Ev mühafizəçilərindən birinə hücum etdiyi, digərini isə dişlədiyi bildirilir.

 

Hazırda Bayden ailəsində "Meyjor" adında 3 yaşlı Alman cinsindən olan daha bir it saxlanılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!