Modern.az

Kürdəmirdə qətl törədən şəxs tutuldu

Kürdəmirdə qətl törədən şəxs tutuldu

23 İyun 2021, 10:39

İyunun 22-i Ruslan Əsədovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Kürdəmir rayon prokurorluğundan Modern.az-a verilən məlumata görə, Ramazan Qurbanovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Ruslan Əsədova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşib.

 

Faktla bağlı Kürdəmir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 

Ramazan Qurbanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

 

Rəsmi məlumata görə, hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı