Modern.az

Yanğına görə aeroport yolunda sürət həddi endirildi

Yanğına görə aeroport yolunda sürət həddi endirildi

23 İyun 2021, 12:48

Mərdəkan şossesi Mərdəkan qəsəbəsi istiqamətində yol kənarından yanğın baş verib.

 

Bakı Nəqliyyat Agentliyindən (BNA) Modern.az-a verilən məlumata görə, yaranan tüstü yolda görüntünün məhdudlaşmasına səbəb olub. Bu səbəbdən də hazırda qeyd edilən istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.

 

Bunu nəzərə alaraq Qala döngəsi Mərdəkan hissəsində sürətlər bütün zolaqlar üzrə 60 km/saata endirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir