Arxiv
23 İyun 2021, 17:04 | AKTUAL
Azərbaycan və Səudiyyə Ərəbistanı parlamentlərarası əlaqələr üzrə işçi qrupu toplandı

İyunun 23-də Milli Məclisin Azərbaycan-Səudiyyə Ərəbistanı parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Səudiyyə Ərəbistanı Krallığının Məşvərət Şurasında  fəaliyyət göstərən Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvləri ilə onlayn formatda görüş keçiriblər.

 

Modern.az xəbər verir ki, videokonfransı açan Milli Məclisin deputatı, Səudiyyə Ərəbistanı ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Fatma Yıldırım öncə başçılıq etdiyi qrupun tərkibi barədə məlumat verib. Dövlətlərimiz arasında əlaqələrin inkişafında parlamentlərin öhdəsinə böyük iş düşdüyünü, mövcud əməkdaşlığın gücləndirilməsi üçün hüquqi bazanın genişləndirilməsi vacibliyini qeyd edib. Əminlik ifadə edib ki, hər iki dövlətin  deputatları bu istiqamətdə öz səylərini göstərəcəklər.

 

Fatma Yıldırım bildirib ki, Azərbaycanın xarici siyasətində Səudiyyə Ərəbistanı ilə münasibətlər xüsusi yer tutur. Ölkələrimizi qardaşlıq münasibətləri, ümumi islam mirası, maraqlarımıza xidmət edən hərtərəfli əməkdaşlıq əlaqələri birləşdirir. Dövlət başçılarının rəsmi səfərləri əlaqələrimizin genişlənməsinə güclü təkan verib.

 

İşçi qrupun rəhbəri videokonfransda Ermənistanın 30 il davam edən işğalçılıq siyasəti və o təcavüzkarlığın ağır nəticələri barədə də danışıb.

 

Milli Məclisin deputatı Səudiyyə Ərəbistanının BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlarda hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəkləməsini, həmçinin Vətən müharibəsi günlərində bu ölkənin Xarici İşlər Nazirliyinin yaydığı bəyanatı təqdirəlayiq hal kimi dəyərləndirib və minnətdarlıq bildirib.

 

Videokonfransda “bizi mədəni, tarixi və İslam prioritetləri birləşdirir, bu isə siyasi əlaqələrdən daha dərindir” deyən Səudiyyə Ərəbistanı-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Fayiz bin Abdullah Əl-Şəhri vurğulayıb ki, “Qarabağı azad etmək və öz ərazi bütövlüyünü təmin etmək Azərbaycanın haqq işidir. Biz bu məsələdə Azərbaycanı hər zaman beynəlxalq təşkilatlarda dəstəkləmişik və dəstəkləməyə davam edəcəyik.”

 

Fayiz bin Abdullah Əl-Şəhri parlamentlərarası əlaqələrimizin inkişaf etdirilməsini, qarşılıqlı görüşlərin intensivləşməsini, özəl sektorlarımız arasında birgə fəaliyyətin qurulmasını, səfirliklərdə və turizm sektorunda Azərbaycan və ərəb dillərini bilən mütəxəssislərin olmasını vacib sayıb.

 

Görüşdə işçi qrupunun üzvlərindən Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov COVİD-19 pandemiyası ilə əlaqədar ölkəmizdə həyata keçirilən tədbirlər barədə Səudiyyə Ərəbistanındakı deputat həmkarlarına ətraflı məlumat verib. Deputatlar Ceyhun Məmmədov və Afət Həsənova Ermənistanın müsəlman abidələrinə, məzarlıqlara qarşı  törətmiş olduğu dağıdıcı fəaliyyətdən və bir sıra digər aktual məsələlərdən bəhs ediblər.

 

Videokonfransda çıxış edən Səudiyyə Ərəbistanı-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri turizm, idman, mədəniyyət sahələrində Azərbaycanla sıx əməkdaşlıq etmək niyyətində olduqlarını, parlamentlərarası təmasların, dostluq və əməkdaşlıq münasibətlərinin dərinləşməsini arzuladıqlarını bildiriblər. 

 

Videokonfransda Milli Məclisin deputatı Kəmallədin Qafarov, Səudiyyə Ərəbistanı Krallığı parlamentinin nümayəndələri iştirak ediblər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıdakı universitetlər Qarabağa köçürülsün?!  27 İyul 2021, 12:50 Elektron qolbaq daşıyan məhkum oğurluq etdi 27 İyul 2021, 12:44 Hacı Şahin Şeyxi müdafiə etdi: “Fətva siyasi deyil, dini anlayışdır” 27 İyul 2021, 12:38 Spikerlər Heydər Əliyevin məzarını ziyarət etdilər 27 İyul 2021, 12:32 Paşinyan toyda kriminal avtoritetlə bir stolda əyləşdi 27 İyul 2021, 12:29 Tələbə köçürülməsi başa çatdı 27 İyul 2021, 12:24 Prezident Mustafa Şentopu qəbul etdi - FOTO 27 İyul 2021, 12:18 Əfqanıstan ordusunun helikopteri VURULDU 27 İyul 2021, 12:12 Balaca Orxanın qəhrəman atası: adını daşıyan oğlunu görə bilmədi... - FOTO   27 İyul 2021, 12:06 Şoyqu Ermənistanın müdafiə nazirini yanına ÇAĞIRDI 27 İyul 2021, 12:00 Tanınmış jurnalistin təyinatı təsdiqləndi 27 İyul 2021, 11:58 AZƏRTAC-ın sabiq baş direktoru vəfat etdi - FOTO 27 İyul 2021, 11:51 Alman kəşfiyyatının şok “patı” məlumatı - Xankəndidə hazırlanır 27 İyul 2021, 11:45 Lənkəranda “patı” əməliyyatı - 9 nəfər saxlanıldı 27 İyul 2021, 11:40 Lisey və gimnaziyalarda oxumaq istəyənlərin NƏZƏRİNƏ 27 İyul 2021, 11:34 Şəmkirdə qadını qətlə yetirən şəxsin məhkəməsi başlayır 27 İyul 2021, 11:28 Şuşaya Azərbaycan bayrağı sancılarkən biz də sevincdən ağladıq - Ayşe Keşir 27 İyul 2021, 11:22 Satıcının yatdığını görüb kassadan oğurluq etdi - VİDEO 27 İyul 2021, 11:16 Diaspor nümayəndələri Şuşaya yola düşdü 27 İyul 2021, 11:10 QMİ-dən vaksinlə bağlı TÖVSİYƏ 27 İyul 2021, 11:04 Yeni təyinatlar ordumuzu daha da gücləndirəcək - ŞƏRH 27 İyul 2021, 10:58 Olimpiadada uduzan idmançımız ağladı - FOTOLAR 27 İyul 2021, 10:53 Vətən Müharibəsi iştirakçılarına BNA-da vəzifə verildi - VİDEO 27 İyul 2021, 10:48 2218 nəfər toya buraxılmadı, 4-ü həbs edildi 27 İyul 2021, 10:42 Azərbaycanda 4 nəfər partlayışda ölüb 27 İyul 2021, 10:39 “Operativ Qərargahın məqsədi vaksinasiyanı sürətləndirməkdir” 27 İyul 2021, 10:34 Bu il yanğınlarda 23 nəfər ölüb 27 İyul 2021, 10:30 Tələbələrin təhsil haqqını mənimsəyən şöbə müdiri hakim qarşısına çıxarılır 27 İyul 2021, 10:26 Qərb bölgəsinə səfər 27 İyul 2021, 10:20 Yeni dövlət standartı təsdiq edildi 27 İyul 2021, 10:18 Baytar həkimlər özəl xidmətə keçidə hazırlanır 27 İyul 2021, 10:15 Bu il 444 cinayət işi məhkəmələrə göndərilib 27 İyul 2021, 10:12 Səfir: “Koreya şirkətləri Azərbaycana sərmayə qoymaq istəyir” 27 İyul 2021, 10:10 Həyətində narkotik yetişdirən yaşlı qadın saxlanıldı - FOTOLAR 27 İyul 2021, 10:05 Azərbaycan cüdoçusu mübarizəni dayandırdı 27 İyul 2021, 10:00