Modern.az

Naxçıvan aeroportu AZAL-ın tabeliyindən çıxarıldı

Naxçıvan aeroportu AZAL-ın tabeliyindən çıxarıldı

23 İyun 2021, 18:30

“Naxçıvan” Beynəlxalq Hava Limanı Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tabeliyinə verilib.

 

Modern.az-ın məlumatına görə, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

 

Müvafiq olaraq “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” qərara dəyişiklik edilib və "Naxçıvan” Beynəlxalq Hava Limanı "Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyətinin tabeliyindən çıxarılıb.

 

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, İqtisadiyyat Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə bu Qərardan irəli gələn məsələləri qanunvericiliyin tələblərinə uyğun olaraq həll etmək tapşırılıb.

 

Bu Qərar 2021-ci il iyulun 1-dən qüvvəyə minir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu