Modern.az

Ronaldo Buffonun rekordunu qırdı

Ronaldo Buffonun rekordunu qırdı

Aktual

23 İyun 2021, 23:54

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo Avropa çempionatlarında daha bir rekord vurub.

 

Modern.az xəbər verir ki, ulduz hücumçu yarışın seçmə və final mərhələlərində ümumilikdə ən çox oyun keçirən futbolçu olub.

 

Ronaldo qrup mərhələsinin III turunun Fransa ilə görüşündə 59-cu qitə çempionatı matçına çıxıb. O, bu göstəricidə italiyalı qapıçı Canluici Buffonu arxada qoyub.

 

Qeyd edək ki, Ronaldo Avropa çempionatlarının həm final mərhələlərində, həm də ümumilikdə ən çox qol vuran oyunçusudur.

 
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü